Accessibility links

Obamalar Ağ Evdə Malala ilə görüşüb



ABŞ prezidenti Barak Obama Ağ evdə pakistanlı yeniyetmə fəal Malala Yusifzaini qəbul edib. Görüşdə cənab Obama ilə yanaşı, Amerikanın birinci xanımı Mişel Obama və onların böyük qızı Malia da olub.

Ağ Evin açıqlamasında prezident Obamanın Malalaya Pakistanda qızların təhsili sahəsində işinə görə ona təşəkkürünü ifadə etmək istədiyini bildirilib.

Obamalarla görüş Nobel sülh mükafatına laureatın adının açıqlandığı günə təsadüf edib. 16 yaşlı Malala mükafa nominasiya edilənlər arasında əsas favoritlərdən biri kimi göstərilirdi. Nobel sülha mükafatı hazırda Suriyada tərksilah missiyasını yerinə yetirən Kimyəvi Silahlara Qadağa Təşkilatına verilib.

Pakistanın Svat vadisində yaşayan Malala Yusifzai 11 yaşından qızların təhsili uğrunda mübarizə aparır. Taliban 2009-cu ildə Svatda qadınların təhsilini qadağan etmişdi.

Malala Yusifzai qızların təhsil hüquqları uğrunda səylərinə görə keçən il məktəbdən çıxan zaman Taliban tərəfindən başından güllə ilə vurulmuşdu. Talibanın hücumundan sonra Malalanın uşaqların təhsili sahəsində səyləri qlobal miqyasda tanınmağa başlayıb.

Malala Yusifzainin “Mən Malalayam” adlı kitabı bu həftə ABŞ-da işıq üzü görüb.
XS
SM
MD
LG