Accessibility links

Obama: 2030-cu illərdə insanlar Marsa uça biləcək


Prezident Barak Obama Birləşmiş Ştatların 2030-cu illərin əvvəllərində özəl şirkətlərin köməyi ilə insanların Marsa göndərilməsi proqramına başlaya biləcəyinə inandığını bildirib.

CNN.com səhifəsində dərc edilmiş məqalədə ABŞ prezidenti yazıb: "Biz qarşıya Amerikanın kosmik tarixində yeni səhifənin açılmasında vacib əhəmiyyətə malik bir məqsəd qoymuşuq: 2030-cu illərin əvvəllərində insanların Marsa göndərilib müvəffəqiyyətlə Yer kürəsinə qaytarılması. Bizim əsas hədəfimiz bir gün insanın orada uzun müddət qala bilməsindən ibarətdir."

"Biz qarşıya Amerikanın kosmik tarixində yeni səhifənin açılmasında vacib əhəmiyyətə malik bir məqsəd qoymuşuq: 2030-cu illərin əvvəllərində insanların Marsa göndərilib müvəffəqiyyətlə Yer kürəsinə qaytarılması."

Obamanın bildirdiyinə görə, dövlət və özəl sektorlar arasında insanların Marsa göndərilməsində vacib əhəmiyyətə malik effektiv əməkdaşlıq artıq başlayıb. O bildirib ki, artıq qlobal kosmos bazarının üçdə iki hissəsi ABŞ şirkətlərinin payına düşür. Onun sözlərinə görə, özəl şirkətlər iki il müddətində ilk dəfə olaraq astronavtları Beynəlxalq Fəza Stansiyasına göndərməyə başlayacaq.

Prezident Obama bildirib ki, ABŞ hökuməti kommersiya tərəfdaşları ilə birlikdə daha uzun müddətli kosmik missiyalar zamanı insanların tələbatına cavab vermək üçün yeni yaşayış yerlərinin hazırlanması üzərində iş aparır.

Havay adalarında laboratoriyada Marsa səyahətin bir il sürən simulyasiyasından görüntü
Havay adalarında laboratoriyada Marsa səyahətin bir il sürən simulyasiyasından görüntü

"Bu kosmik missiyalar insanların Yer kürəsindən uzaqda necə yaşaya bilməsini, Marsa uzun səyahət üçün bizə nə lazım olduğunu öyrədəcək"-deyə Obama məqalədə yazıb.

"Bu ilk dəfədir ki, Amerikanın ali məktəblərindən hər il 100 mindən çox mühəndis məzun olur. Biz STEM(elm, texnologiya, mühəndislik və riyaziyyat) sahəsində yeni 100 min yüksək ixtisaslı müəllimə təlim verilməsi kimi məqsədə nail olmaq üçün düzgün yoldayıq."

Amerika prezidenti Marsa səyahətlərə hazırlıqların illərlə davam edə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Buraya bu səyahətlərin gerçəkləşdirilməsini mümkün edə biləcək yeni nəsil peşəkarlar üçün təhsil proqramları da daxildir.

"Bu ilk dəfədir ki, Amerikanın ali məktəblərindən hər il 100 mindən çox mühəndis məzun olur. Biz STEM(elm, texnologiya, mühəndislik və riyaziyyat) sahəsində yeni 100 min yüksək ixtisaslı müəllimə təlim verilməsi kimi məqsədə nail olmaq üçün düzgün yoldayıq"deyə Obama bildirib.

Prezident Obama əlavə edib ki, kosmik proqramlarda güclü liderləik yeni elmi inkişaflara və bəşəriyyətin mahiyyəti və Yer kürəsində ətraf mühitin daha yaxşı başa düşülməsinə yol açacaq.

Obamanın sözlərinə görə, insanlar Marsda məskunlaşmağa başlayanda onların oraya getməsinə imkan verən inkişaflar "bizim burada, Yer kürəsində həyatımızın yaxşılaşmasına" xidmət edəcək.


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyanın raket hücumu Ukraynanın enerji obyektlərini zədələyib
please wait

No media source currently available

0:00 0:11:42 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG