Accessibility links

Barak Obama hüquq-mühafizə orqanlarının 13 əməkdaşına şərəf ordeni təqdim edib [Video]


Barak Obama hüquq-mühafizə orqanlarının 13 əməkdaşına şərəf ordeni təqdim edib
please wait

No media source currently available

0:00 0:02:06 0:00

Birləşmiş Ştatlar prezidenti Barak Obama vətəndaşların təhlükəsizliyini qorumaq üçün həyatlarını risk qarşısında qoyan hüquq-mühafizə orqanlarının 13 əməkdaşına ən yüksək mükafat olan şərəf ordeni təqdim edib. “Təhlükəsizliyin keşiyində” ordeninə layiq görülənlərdən biri vəzifə borcunu yerinə yetirən zaman öldürülüb.

Prezident Obama 13 zabitin başqalarının həyatını qorumaq üçün öz həyatlarını təhlükə qarşısında qoyduğunu deyib. “Onların cəsarəti olmasaydı biz bir çox insanları - anaları, ataları, oğulları və qızları, dostlarımızı və yaxınlarımızı itirə bilərdik.”

Obama bu zabitlərin doğru zamanda, ən çox ehtiyac olan yerdə olduqlarını, lakin onların göstərdiyi fədakarlığın vəzifə borcundan qat-qat üstün olduğunu vurğulayıb. Filadelfiyada video-oyunlar mağazasında iki nəfər silahlı oğru tərəfindən qətlə yetirilən polis zabiti medala ölümündən sonra layiq görülüb. “Onlar əllərində tapança, bıçaq və müxtəlif silahlar olan təhlükəli insanlarla üz-üzə gəlirdi. Cinayətkarı ələ keçirməyə çalışan bir zabit çox sayda bıçaq yarası, başqa bir zabit isə yanan avtomibildən huşunu itirmiş sürücünü çıxararkən ağır yanıqlar alıb.”

Prezident onu da əlavə edib ki, hüquq-mühafizə orqanları işçilərinin fədakarlığına hər zaman qiymət verilmir. “Bu gün bizim təltif etdiyimiz medalı hamı daşımır. Lakin hər gün ictimaiyyətin asayışını qoruyan hər bir zabit fəxri nişan daşıyır.”

Baş prokuror Loretta Linç isə fəxri nişanla təltif edilən bəzi zabitlərin vəzifələrini işdən kənar zaman yerinə yetirdiklərini qeyd edib. “Mən bilirəm ki, heç bir fəxri ad və ya fərmanla Amerika xalqını müdafiə etmək və təhlükəsizliyini qorumaq kimi öhdəliyini yerinə yetirən polis işçiləri, yanğınsöndürənlər, federal agentlər, təcili tibbi texniklərin qarşısında borcumuzu ödəyə bilmərik.”

“Təhlükəsizliyin keşiyində” medalı 2000-ci ildə president Bill Klinton tərəfindən müstəsna cəzarət nümayiş etdirmiş polis zabitləri, yanğınsöndürənlər və digər yardım işçilərinin təltif edilməsi məqsədilə təsis edilib.

XS
SM
MD
LG