Accessibility links

Obama Quantanamonu bağlamağa tələsir


Ağ Evin bildirdiyinə görə, prezident Barak Obama Amerikanın Quantanamo təcridxanasından daha çox məhbusu köçürməlidir. Obama məhbusların azad edilməsinin əleyhinə olan növbəti prezident Donald Trampın yanvar ayının 20-də keçiriləcək inaqurasiyasından əvvəl səylərini gücləndirib.

2001-ci il terror aksiyalarından sonra prezident Corc Buş tərəfindən açılan bu təcridxanada Əl-Qaidə və digər terror qrupları ilə əlaqəsi olanlar saxlanılır.

Quantanamo həbsxanası məhbusların qeyri-müəyyən müddətdə məhkəməsiz saxlanmasına görə insan haqlarının pozulması simvolu kimi həm Birləşmiş Ştatların özündə, həm də xarici ölkələrdə tənqidlərə məruz qalıb.

Bəzilərindən əleyhinə istifadə edilməsi üçün işgəncələr altında dəlil əldə edildiyi də bildirilib.

Prezident Obama 2009-cu ildə hakimiyyətə gəldiyi vaxt Quantanamo məhbəsini bağlayacağına söz verib, lakin Konqres onun bu səylərinə qarşı çıxıb.

Hazırda 800-dən çox insanın saxlandığı həbsxanada yalnız 59 məhbus qalır.

Obama administrasiyası bəzi məhbusları vətənlərinə deyil, müdafiələri baxımında üçüncü bir ölkəyə göndərib. Digərləri isə məhkəməsiz azadlığa buraxılıb.

Tramp seçki kampaniyaları zamanı Quantanamonu açıq saxlayaraq, məhbəsi “pis insanlar”la dolduracağına and içib.

XS
SM
MD
LG