Accessibility links

Prezident Obama dəniz qoruğunu ziyarət edir


ABŞ prezidenti Barak Obama Havay adalarından şimal-qərbdə mühafizə olunan ərazilərin genişləndirilməsinə dair qərar verikdən bir həftə sonra okean sularında dünyanın ən böyük qoruqlarından birini ziyarət edib.

Milli qoruğu ziyarət etməzdən əvvəl Havay adalarında danışan Obama ətraf mühitin mühafizəsini prezidentliyi dövrü prioritet məsələlərdən biri etdiyini deyib.

“Bura sitayiş edilən yerdir və onun daha yaxşı qorunmasına ehtiyac var. Bundan sonra bu yerlər gəlcək nəsillər üçün qorunacaq.”

Ağ Ev bildirib ki, mühafizə olunan 362 min kvadrat kilometrlik su hövzəsində 7 mindən artıq dəniz heyvanı növü yaşayır və bu növlərin dörddə birinə yalnız bu sularda rast gəlmək olar.

Obama bundan bir gün əvvəl iqlim dəyişiklikyi proleminin həllinin əhəmiyyətinə diqqət çəkərək, heç bir ölkənin bu təhlükədən kənarda qalmadığını və problemin birlikdə həllinə ehtiyac olduğunu deyib.

“Sakit okeanının bu adanın liderləri qədər məsələsini yaxşı başa düşə bilən çox az adamın olduğunu düşünürəm. Çünki onlar artıq bunun təsirlərini görürlər. Hava temperaturunun artması və dəniz səviyyəsinin qalxması sizin ölkələriniz üçün böyük təhlükə yaradır.”

ABŞ prezidenti Böyük İyirmilərin sammitində iştirak etmək üçün Çinə səfər edəcək. İqlim dəyişikliyi sammitin gündəliyində əsas məsələlərdən biri olacaq.

XS
SM
MD
LG