Accessibility links

Prezident Obama əlavə iş saatları üçün ödənişlərin təmin edilməsinə çağırır


ABŞ prezidenti Barak Obama ölkədə əlavə iş saatları üçün ödənişlərin nəzərdən keçirilməsi haqda göstəriş verdiyini deyərək, amerikalıların işdən əlavə uzun saatlar işləyib, bunun müqabilində maliyyə kompensasiyası almadığını deyib.

Cənab Obama Amerika xalqına həftəlik müraciətində bildirib ki, əlavə iş saatı üçün ödənişlərin verilməməsi əvvəllər yüksək maaşı olan işçilər üçün nəzərdə tutulduğu halda, bu, indi ildə 23 min 660 dollar gəliri olan azmaaşlı amerikalılara da şamil edilməyə başlayıb. Bu isə onun sözlərinə görə, maaş müəyyən edilmiş işçilərin gəlirinin minimum əmək haqqından daha aşağı səviyyəyə gəlib çatması ilə nəticələnir.

Prezident Obama administrasiyasının bu qaydaları yenidən nəzərdən keçirəcəyini və “əlavə işə görə əlavə gəlir” prinsipinin bərpa ediləcəyini bildirib.

ABŞ prezidenti deyib ki, ölkədə elə bir iqtisadi sistem yaradılmalıdır ki, ondan təkcə çox imkanlı şəxslər deyil, hamı faydalana bilsin.

Respublikaçıların müraciətində Ohayo ştatından konqresmen Bil Conson prezidenti yaşlı amerikalıların müdafiəsinə çağıraraq, onların Obamacare adı ilə tanınan səhiyyə islahatlarına görə uzun müddət onları müalicə edən həkimləri itirdiklərini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG