Accessibility links

ABŞ prezidenti həftəlik müraciətini Afrika mənşəli amerikalılara həsr edib


ABŞ prezidenti həftəlik müraciətini Afrika mənşəli amerikalılara həsr edib. Barak Obama deyib ki, onların tarixi Amerika tarixinin mərkəzində yer alır və bu, qurucu atalarımızın hesabına yazılıb.

“Çox hallarda biz bu dövlətin milyonlarla qurucusunun hekayətlərini unuduruq”-deyə Obama bildirib.

Afrika mənşəli amerikalıların tarix və mədəniyyətinin təcəssümü olan bu müzey Amerikanın barışıq və sağalma prosesinin nümunəsidir

İllərlə sürən inşasından sonra ABŞ-ın paytaxtında Afro-Amerikalıların Milli Muzeyinin açılışı olub.

Obama deyib ki, Afrika mənşəli amerikalıların tarix və mədəniyyətinin təcəssümü olan bu müzey Amerikanın barışıq və sağalma prosesinin nümunəsidir.

“Digərlərinin həyat hekayəsini bilməklə biz özümüzü daha yaxşı anlayır və bu bizim hamımızın amerikalı olduğumuzu bir daha təsdiq edir”- deyə Obama bildirib.

Muzeyin rəsmi açılışına 2003-cü ildə inşasına imza atan sabiq prezident Corc Buş və Gorciya ştatından konqresmen, vətəndaş hüquqları müdafiəçisi Con Levis də qatılıb.

Tədbirdə musiqi prodüsseri Kuinsi Cons, basketboll ulduzu Kobe Brayant və Harvard Universitetinin professoru Henru Luis Qeyst də iştirak edib.

Açılış günü ABŞ prezidenti və birinci xanım Afrika mənşəli amerikalıların kilsəsində zəngləri çalıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG