Accessibility links

Obama milli təhlükəsizliyə dair son nitqini söyləyib [Video]


Obama milli təhlükəsizliyə dair son nitqini söyləyibO deyib ki, lideri Usama Bin Ladenin ölümündən sonra Əl-Qaidə hazırda keçmişdəki qüdrətinin sadəcə kölgəsidir.
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Obama milli təhlükəsizliyə dair son nitqini söyləyibO deyib ki, lideri Usama Bin Ladenin ölümündən sonra Əl-Qaidə hazırda keçmişdəki qüdrətinin sadəcə kölgəsidir.

ABŞ prezidenti Barak Obama bu həftə administrasiyasının terrorizmlə mübarizədə əldə etdiyi nailiyyətlərin hesabatını verib. Florida ştatındakı MakDill Hava Qüvvələri Bazasında milli təhlükəsizliyə dair sonuncu çıxışında Obama deyib ki, Birləşmiş Ştatlar İŞİD-in zəiflədiyini bildirib.

MakDill Hərbi Hava Bazasında etdiyi çıxışı zamanı ABŞ prezidenti deyib ki, onun administrasiyasının Yaxın Şərq və Asiyada yerli tərəfdaşlarla əməkdaşlıqa dair yeni strategiya sayəsində terrorizmlə mübarizə uğurla aparılıb.

Bütün ağırlığı Amerika quru qoşunlarının çiyninə qoymaqdansa və terrorçuların olduğu yerlərə hərbi müdaxilə etməkdənsə, biz tərəfdaşlar şəbəkəsi yaratmışıq.
Barak Obama

Barak Obama: "Bütün ağırlığı Amerika quru qoşunlarının çiyninə qoymaqdansa və terrorçuların olduğu yerlərə hərbi müdaxilə etməkdənsə, biz tərəfdaşlar şəbəkəsi yaratmışıq".

Obama qeyd edib ki, lideri Usama Bin Ladenin ölümündən sonra Əl-Qaidə hazırda keçmişdəki qüdrətinin sadəcə kölgəsidir. O deyib ki, ABŞ və müttəfiqlərinin İŞİD-in maliyyə mənbəyini və sıralarına yeni üzvləri cəlb etməsinin qarşısını alması terror qruplaşmasının hərbi gücü də zəifləyib.

Barak Obama: "Biz İŞİD-in maliyyə kanallarına hücum edərək milyonlarla dollarlıq neft və nəğd gəlirlərini məhv etmişik. Bununla biz İŞİD-in onurğa sütutununu qırırıq. Biz onların təhlükəsiz sığınacaqlarını əlləridən alırıq və bu bizə son 2 ildə 10 milyard dollara başa gəlib. Bu məbləği əvvəllər biz İraqda bir aya sərf edirdik".

Obamanın sözlərinə görə, bunların hamısı işgəncələr baş vermədən və müsəlmanlar terrorla əlaqələndirmədən baş verib. O deyib ki, terrorizmlə mübarizədə uzunmüddətli strategiya inkişafdır.

Barak Obama: "Bununla biz ilk öncə münaqişənin başlamasının qarşısı alacağıq. Bununla biz döyüşəndən sonra sülhün qorunacağını əmin olacağıq."

Biz həqiqətdə kim olduğumuzu sübut edə bilərik. Bizim terrorçular ədalət sistemi vasitəsilə apardığımız mübarizə göstərir ki, artıq Quantanamonu bağlamağın vaxtı gəlib çatıb.
Barak Obama

Obama Konqresi onun prezidentlik kampaniyası zamanı Quantanamo təcridxanası bağlamasına dair verdiyi vədinə maneələr törətməkdə ittiham edib. Oradakı məhbusların sayı azalsa da, o deyib ki, məsrəfli təcridxana ölkənin adına ləkədir.

Barak Obama: "Biz həqiqətdə kim olduğumuzu sübut edə bilərik. Bizim terrorçular ədalət sistemi vasitəsilə apardığımız mübarizə göstərir ki, artıq Quantanamonu bağlamağın vaxtı gəlib çatıb".

Prezidentliyi başa çatan Boama Amerika əsgərlərinə ABŞ Konstitusiyası və ölkənin azadlıqlarını qoruduqlarına görə onlara təşəkkür edib. Obama xələfinə xatırladaraq bildirib ki, ABŞ insanların heç bir cəza almadan prezidenti tənqid edə biləcəyi cəmiyyətdən ibarətdir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG