Accessibility links

Prezident Obama: Avropa ciddi iqtisadi seçimlər qarşısındadır


Prezident Barak Obama Avropada borc böhranının ABŞ iqtisadiyyatı üçün risk yaratdığını deyib. O, islahatların həyata keçirildiyi, habelə borc və defisit problemlərinin həlli edildiyi bir vaxt Avropa liderlərini iqtisadi inkişafı təmin etməyə çağırıb.

Ağ evdə keçirilən mətbuat konfransı zamanı cənab Obama Avropa liderlərini iqtisadiyyatı sabitləşdirməyə səsləyib. O deyib ki, Avropa ölkələri qısa bir zaman ərzində olduqca ciddi iqtisadi ölçülərin təsirlərini nəzərə almalıdır.

Maliyyə bazarlarının avrozona ölkələrinin kredit imkanlarına narahatlıqlarına toxunan prezident Obama Avropanın qarşılaşdığı problemlərin həllinin mümkün olduğunu deyib.

Cənab Obama habelə işsizliyin artdığı və istehlakçıların alıcılıq qabiliyyətinin endiyi zaman xərclərin ixtisar edilməsi ilə bağlı Avropa ölkələrinə xəbərdarlıq edib. O, Avropada iqtisadi durumun ABŞ-a təsirnə toxunub və əlavə edib ki, Yunanıstanın avrozonada qalması hamının marağındadır.

Cənab Obama eyni zamanda, keçən il Senata göndərilmiş iş yerlərinə dair qanun layihəsinin qəbul edilməsi ilə bağlı Konqresə, xüsusilə də müxalif respublikaçılara təzyiq göstərib. O deyib ki, qanunvericilər amerikalılar iqtisadi inkişafa kömək edəcək təkliflərin nəyə görə qəbul edilməməsini izah etməlidir.

XS
SM
MD
LG