Accessibility links

Obama: İŞİD məhv edilməlidir və biz bunu birlikdə etməliyik


Obama Olland görüşü
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Parisdə terror hücumlarından iki həftə vaxt keçdikdən sonra ABŞ prezidenti Barak Obama və onun fransalı həmkarı Fransua Olland İslam Dövləti qrupuna qarşı birgə mübarizənin intensivləşdirilməsi haqda razılıq əldə edib. Qrup 130-dan çox adamın ölümülə nəticələnmiş Paris hücumlarının məsuliyyətini öz üzərinə götürüb.

Fransa liderinin prezident Obama ilə Ağ Evdə görüşü Rusiya təyyarəsinin Suriya ilə sərhəddə vulrulduğu gün baş tutub.

Prezident Obama indidentin Rusiyanın Suriyada əməliyyatları ilə bağlı davamlı problemlərə işarə etdiyini bildirərək, Moskvanı öz səylərini Suriyada mötədil müxalifət deyil, İslam Dövləti qrupuna yönlətməyə çağırıb.

“Rusiyanın hərbi qabiliyyəti və Əsəd rejiminə təsir gücünü nəzərə alsaq, onların Suriyada vətəndaş müharibəsinə son qoymaq səylərində əməkdaşlığa köməyi ola bilər və biz hamımız diqqəti İŞİD-ə yönəldə bilərik.”

Parisdə terror hücumlarından sonra Obama ABŞ-ın Fransa ilə həmrəy olduğunu bir daha bildərərək, İslam Dövləti qrupuna qarşı mübarizəni gücləndirməyə söz verib.

“Barbar terrorçu qrup olan İŞİD, ya da Daeş və onun qatil ideologiyası bizim hamımız üçün təhlükə təşkil edir. Buna dözüm yoxdur. O məhv edilməlidir və biz bunu birlikdə etməliyik.”

Öz növbəsində, Fransa prezidenti deyib ki, İslam Dövləti qrupuna qarşı mübarizə qətiyyətli və birgə cavab tələb edir.

“Hərbi mənada bu, Daeşin harada olursa olsun məhvi deməkdir. Bu, onları maliyyə resurslarından məhrum etmək, onların liderlərini ələ keçirmək və onların şəbəkələrini dağıtmaq deməkdir.”

Frasua Olland deyib ki, iki lider Suriya və İraqda hava hücumlarının genişləndirilməsi, hərbi hava kampaniyasının intensivləşdirilməsi və kəşfiyyat məlumatlarının bölüşdürülməsi haqda razılıq əldə edib. Onlar eyni zamanda, İslam Dövləti qrupunun döyüşçülərinin Avropaya keçməsinin qarşısını almaq üçün Türkiyə-Suriya sərhədini bağlamağa çağırıb.

Fransa prezidenti Obamanın Rusiyanın Suriyada mötədil müxalif üsyançıları bombalamaq əvəzinə əsas diqqəti İslam Dövləti qrupuna qarşı hərbi əməliyyatlara yönəltməli olduğuna dair çağırışına dəstək bildirib.

“Bizim sadəcə bir hədəfimiz var: bu da terrorizmə və Daeşə qarşı mübarizə aparmaqdır.”

Olland bu mesajı Moskvaya səfəri zamanı birbaşa Rusiya prezideti Vladimir Putinə çatdıracağını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG