Accessibility links

Obama Pentaqona ABŞ hərbi qüvvələrinin Əfqanıstandan bütünlüklə çıxarılmasına hazırlaşmağı tapşırıb


ABŞ prezidenti Barak Obama Pentaqona təhlükəsizliyə dair ikitərəfli razılığın imzalanmadığı halda, bu ilin sonuna qədər Amerika hərbi qüvvələrinin bütünlüklə Əfqanıstandan çıxarılmasına hazırlaşmağı tapşırıb.

Ağ Ev cənab Obamanın bu mesajı Əfqanıstan prezidenti Həmid Karzai ilə telefon söhbətindən sonra verdiyini bildirib.

Ağ Evin sözçüsü Cey Karni bildirib ki, cənab Obama cənab Karzaya Vaşinqtonun razılığın bu il imzalanması üçün imkanı açıq qoyduğunu deyib, lakin sənədin imzalanmasının gecikdirildiyi halda ABŞ-ın 2014-cü ildən sonrakı hərbi missiyasının həcmcə daha az olacağını əlavə edib.

ABŞ-ın Müdafiə naziri Çak Heygel Müdafiə nazirliyinin əsgərlərin bütünlüklə çıxarılması, eyni zamanda ABŞ-ın NATO-nun Əfqanıstan silahlı qüvvələrinə təlim missiyasında iştirakını planlaşdırdığını deyib.

Təhlükəsizliyə dair İkitərəfli Saziş gələn 10 il ərzində ABŞ-ın təxminən 10 min nəfərdən ibarət əsgəri qüvvəsinin Əfqanıstada saxlanmasını nəzərdə tutur. Cənab Karzai ABŞ-ın onun ölkəsində hərbi taktikası, xüsusilə də əfqan evlərinə reydlərdən narazı qalaraq, sənədin imzalanmasından öncə Taliban yaraqlıları ilə dialoqa dair təminat istədiyini deyib.

Obama administrasiyası sazişin imzalanmadığı halda Amerikanın hərbi rolunun bütünlüklə dayandırılacağı ilə bağlı xəbərdarlıq edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG