Accessibility links

ABŞ prezidenti respublikaçı senatorları büdcə planının təsdiqinə çağırıb


ABŞ prezidenti Barak Obama büdcə ətrafında ixtisarlara getməmək üçün bu gün yenidən millət vəkillərinə müraciət edib.

Ağ Evdə danışan ABŞ dövlət başçısı bildirib ki, “qəddar və arbitrar” ixtisarlar hökumətə ciddi ziyan vura bilər.

Cənab Obama respublikaçıları demokrat senatorların qəbul etdiyi zəngin şəxslər və korporasiyaların bəzi vergi azadlıqlarını ləgv edərək gəlirləri artırmaq planını qəbul etməyə çağırıb.

Demokratların $85 milyardlıq büdcə ixtisarını nəzərdə tutan planı martın 1-nə qədər qüvvəyə minəcək.

Büdcə ixtisarı hərbi və daxili proqramlar arasında bərabər bölünəcək.
XS
SM
MD
LG