ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin dünya səhnəsində etdikləri çıxışlarında Suriya və Ukraynada uzun zamandır davam edən münaqişələrlə bağlı olduqca fərqli baxışlarını ifadə ediblər. Bu iki məsələ BMT-nin Baş Assambleyası çərçivəsində görüşən liderlər arasında danışıqlar zamanı əsəs müzakirə obyekti olub. Bu, həm də iki il fasilədən sonra iki lider arasında keçirilən ilk rəsmi görüşdür.
“Biz düşünürük ki, şücaətlə terrora qarşı döyüşən Suriya höküməti və silahlı qüvvələri ilə əməkdaşlıqdan imtina etmək böyük səhvdirVladimir Putin
Prezident Obama və onun rusiyalı həmkarı Vladimir Putin bazar ertəsi axşam radələrində 90 dəqiqədən çox davam edən danışıqlara başlamazdan öncə bir-birinin əlini sıxmağa məcbur olub.
Görüş hər iki liderin Suriyada Bəşər Əl-Əsəd hakimiyyəti və münaqişə barədə fərqli fikirlər səsləndirdikdən sonra baş tutub.
BMT Baş Assambleyasındakı çıxışında Obama Suriya prezidentini “günahsız uşaqların üzərinə çəllək bombaları atan tiran” adlandırıb.
O bütün dünyanı Suriyada Əsədin iştirak etməcəyi siyasi keçid prosesini dəstəkləməyə çağırıb.
“Birləşmiş Ştatlar münaqişəni həll etmək üçün Rusiya və İran daxil olmaqla hər bir ölkə ilə işləməyə hazırdır. Amma biz başa düşməliyik ki, bu qədər qantökmədən və qırğından sonra müharibədən öncəki status-kvoya dönmək mümkün olmayacaq,” deyə Obama bildirib.
İki saat sonra Putin eyni forumda “İslam Dövləti” yaraqlı qrupuna qarşı ABŞ-ın başçılıq etdiyi əməliyyatları tənqid edib və Rusiyanın Suriyaya və onun liderinə dəstək olmasına bəraət qazandırıb.
“Biz düşünürük ki, şücaətlə terrora qarşı döyüşən Suriya höküməti və silahlı qüvvələri ilə əməkdaşlıqdan imtina etmək böyük səhvdir. Biz nəhayət qəbul etməliyik ki, prezident Bəşər Əsədin silahlı qüvvələri və kürd yarı-hərbi qüvvələrindən başqa heç kəs həqiqətən də İslam Dövlətinə qarşı mübarizə aparmır,” deyə Putin bildirib.
İki lideri Ukraynada vəziyyət barədə də tamamailə fərqli fikirlər səsləndirib. Prezident Barak Obama Rusiyanın Krımı ilhaq etməsini və ölkənin şərqində təcavüzü davam etdirməsini qınayıb.
“Biz bir ölkənin suverenliyi və ərazi bütövlüyünün kobudcasına pozulmasına biganə qala bilmərik. Əgər belə bir hadisə nəticəsi olmadan Ukraynada baş verdisə, bu, burada iştirak edən hər bir ölkənin də başına gələ bilər,” deyə Obama bildirib.
Biz bir ölkənin suverenliyi və ərazi bütövlüyünün kobudcasına pozulmasına biganə qala bilmərikBarak Obama
Ağ Ev rəsmisi bildirib ki, Obama bu narahatlıqlarını, həmçinin Minskdə əldə olunan sülh razılığı ilə bağlı narahatlığını bazar ertəsi keçirilən ikitərəfli danışıqlar zamanı cənab Putinə də çatdırıb.
ABŞ-ın Ukraynadakı sabiq səfiri Stiven Payfer:
“Rusiyanın separatçıları Minks 2 razılığının digər maddələrini qəbul etməyə təşviq etdiyinə dair heç bir sübut yoxdur. Ona görə də prezident Obamanın güclü mesaj göndərməyə fürsəti var.”
Ağ Ev rəsmisi 90 dəqiqə davam edən görüşün işqüzar və səmərəli şəraitdə keçdiyini, tərəflərin Əsədin Suriyadakı rolu ilə bağlı razılaşmadığını, ancaq regionda hərbi münaqişədən yayınmaq üçün ordularının koordinasiya etməsinə dair razılıq əldə etdiyini bildirib.