Accessibility links

Obama Putinlə Türkiyə gərginliyini müzakirə edib


ABŞ prezidenti Barak Obama Rusiya dövlət başçısı Vladimir Putinə keçən həftə rus qırıcı təyyarəsinin Türkiyə tərəfindən vurulmasına görə təəssüfünü ifadə edib və Kreml liderini insidentə görə Türkiyə ilə yaranmış gərginliyi azaltmağa çağırıb.

Parisdə keçirilən BMT İqlim Sammitinə qatılan iki lideri toplantıdan kənar 30 dəqiqəlik görüş keçirib. Türkiyə bildirir ki, Rusiya qırıcısı Türkiyə ərazisinə daxil olandan sonra vurulub və hücum zamanı rus pilot və ekipaj üzvü həlak olub. Putin bu insidentə Ankaraya iqtisadi sanksiya tətbiqi ilə cavab verib.

Obama və Putin Suriyadakı vəziyyətin detallarını da müzakirə edib və Vaşinqton, eləcə də Moskva bildirir ki, hər iki lider dörd il yarımdır davam edən müharibəyə son qoymaq üçün siyasi həll yoluna ehtiyac olması barədə razılığa gəlib.

Prezident Obama rus həmkarına bildirib ki, Əsəd keçid prosesinin tərkib hissəsi kimi hakimiyyəti tərk etməlidir, ancaq Moskva Əsəd əleyhinə vuruşan döyüşçüləri bombalamağa davam edir.


XS
SM
MD
LG