ABŞ-ın Kubada Quantanamoda hərbi həbsxanasında saxlanılan 15 məhbus Birləşmiş Ərəb Əmirliyinə təhvil verilib.
12 Yəmən və üç Əfqanıstan vətəndaşının transferi Quantanamo məhbəsində saxlanılan məhbusların sayının azaldılmasına dair yeni təzyiqlərin göstərildiyi zaman baş verib.
Pentaqon bildirib ki, 61 məhbus hələ də Quantanamo həbsxanasında saxlanılmaqdadır.
Prezident Barak Obama seçilərkən etdiyi vədə sadiq qalaraq prezidenliyinin sonunadək həbsxananın bağlanmasına çalışır.
Lakin o respublikaçı qanunvericilər və hətta bəzi demokratların təyziqi ilə qarşılaşıb.
İnsan haqları fəalları bildirir ki, Quantanamo məhbəsinin saxlanılması xarici dövlətlərin beynəlxalq insan haqları normalarına əhəmiyyət verməməsinə şəraiti yaradır.