Accessibility links

Dünya ölkələri Obamanın planına dəstək verir


ABŞ prezidenti Barak Obama ABŞ-ın İslam Dövləti qrupuna qarşı strategiyasını açıqlayıb. Birləşmiş Ştatlar ekstremist qrupun zorakılıqlarına son qoymaq məqsədilə hava hücumları kampaniyasını genişləndirir.

Prezident Obama açıq bildirdi ki, yeni strategiya tərəfdaşlarından ibarət geniı koalisiyanı nəzərdə tutur.

Bu səylər bu yaxınlarda NATO sammitində 10 ölkənin İraq və Suriyada militantları məğlub etmək üçün birgə işləməyə söz verməsi ilə başlayıb. Beynəlxalq strateji araşdırmalar institutunda təhlilçi, təqaüddə olan briqada generalı Ben Barri deyir ki, Avropa ölkələri və xalqlarının İraq kampaniyasına bundan əvvəl olduğu kimi dəstək verəcəyi gözlənilir.

Ben Barri: “Mən əminəm ki, bu ölkələrin hökumətlərinin liderləri siyasi, ictimai və mətbuatın dəstəyini ala biləcəyinə əmin olmasaydı, bu görüş baş verməzdi.”

Bu, ictimai rəy sorğularında əks olub. Gələn həftə səylərin koordinasiya edilməsi və geniş ictimai dəstəyə nail olunması üçün Fransada görüş keçiriləcək. Lakin Henri Cekson Cəmiyyətində təhlilçi Robin Simkoks avropalıların dəstək verməsis üçün bir məhdudiyyətin olduğunu bildirir.

Robin Simkoks: “Quru qoşunları cəlb edilsə, yəqin ki dəstək daha az olacaq. Lakin İŞİD-i məğlub etməkl üçün təəssüf ki, bir məqamda quru qüvvələrə ehtiyac olacaq.”

Hazırda hava hücumları ilə yanaşı preident Obama İraqa təlim və məsləhət verilməsi və kəşfiyyat məlumatlarını bölüşdürülməsi məqsədilə 475 hərbi ekspert göndərir. Bəzi müttəfiq ölkələr İraqı hərbi təchizatla təmin edir.

Lakin prezident Obama daha çox ölkənin səylərə cəlb edilməsini istəyir:“Amerikanın gücü mühüm dəyişiklik edə bilər, lakin biz iraqlıların görə biləcəyi işi edə bilmərik , nə də regionun təhlükəsiziyinin təmin edilməsi işində ərəb müttəfiqlərinin yerini tuta bilmərik.”

ABŞ Dövlət katibi Con Kerri bu köməyi almaq üçün Yaxın Şərqə səfər edib. Səudiyyə Ərəbistanı təlim üçün baza təmin etməyə razı olub.

Təhlilçi Robin Simkoks regionun özündən köməyin vacib olduğunu deyir: “Bu, təkcə Amerikanın problemi deyil. Bu, xüsusilə Yaxın Şərq üçün təhlükədir. Ona görə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və Türkiyənin bu məsələdə ABŞ-ın köməyinə gələcəyinə ümid edilir.”

Londonda Chatam House mərkəzində təhlilçi Ketlin Makinnis deyir ki, ərəb ölkələri militantlara qarşı mübarizə məsələsinə fərqli baxışa malikdir: “Məsələ təkcə İŞİD-i məğlub etməkdə deyil. Burada söhbət Yaxın Şərqin gələcəyindən gedir. Bu isə koalisiya perspektivlərindən daha mürəkkəb bir məsələdir.”

Prezident Obama İŞİD-ə qarşı mübarizənin uzun müddət, bələkə də illər aparacağını və belə bir kampaniyada geriləmələrin də ola biləcəyini deyib. Bu səylərlə prezidentin quracağı koalisiyanı birgə saxlaya və buna ictimai dəstək qazana biləcəyi sınaqdan keçiriləcək.

XS
SM
MD
LG