Accessibility links

Obama rəy sorğusunda İkinci Dünya müharibəsindən sonra ən pis prezident kimi göstərilib


Yeni sorğuya əsasən amerikalılar prezident Barak Obamanın İkinci Dünya müharibəsindən sonra ən pis prezident olduğunu düşünür.

Quinnipeq universitetinin qeydiyyatdan keçmiş 1400 amerikalı seçici arasında apardığı müstəqil sorğuda iştirak edənlərin 33 faizi cənab Obamanı 1945-ci ildən sonra ABŞ prezidenti olmuş 12 nəfər arasında ən aşağı yerdə göstəriblər. Respondentlərin 28 faizi axırıncı yerdə keçmiş prezident Corc Buşu göstərib.

Sorğu iştirakçılarının 35 faizi ABŞ-ın 1980-ci illərdə prezidenti olmuş Ronald Reyqanı İkinci Dünya müharibəsindən sonra ən yaxşı prezident adlandırılıb. Onların 18 faizi isə bu titulu 1990-cı illərdə prezident olmuş Bill Klintona verib.

Son zamanlar keçirilmiş rəy sorğuları 2012-ci ldə asanlıqla yenidən prezident seçilmiş cənab Obamanın reytinqinin aşağı düşdüyünü göstərir. Yenidən prezident seçilmək üçün onunla rəqabət aparan respublikaçı namizəd Mitt Romni üzərində qələbə çalan ABŞ prezidenti ikinci dönəm hakimiyyəti dövrü xarici və daxili siyasət sahələrində ciddi çatışmazlıqlarla qarşılaşıb.

Quinnipeq universitetinin sorğusuna əsasən, respondentlərin təxminən 38-lə 45 faiz arasında hissəsi Romninin seçildiyi halda ölkənin daha yaxşı vəziyyətdə olduğunu düşünür.

Sorğu iştirakçıları prezident Obamanın iqtisadiyyat, xarici siyasət, səhiyyə xidmətləri və terrorizm sahələrində fəaliyyətlərini mənfi qiymətləndirib. Onun işinə müsbət qiymət verənlər cənab Obamann ətraf mühitin qorunması sahəsində fəaliyyətlərindən razı qaldıqlarını bildiriblər.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG