Accessibility links

Prezident Obama Rusiyanı yeni sanksiyalarla vurdu


Obama administrasiyası Rusiyanın noyabr ayında ABŞ seçkilərinə haker müdaxiləsi ilə əlaqədar həmin ölkəyə sanksiyalar tətbiq edib.

ABŞ ölkədən 35 rus kəşfiyyat işçisini qovacaq və Rusiyanın iki aparıcı xüsusi xidmət orqanlarına qarşı ölçülər götürəcək. Qovulan şəxslər ABŞ ərazisini 72 saat ərzində tərk etməlidirlər.

Bu ölçülər Rusiya hökumətinə dəfələrlə edilən xəbərdarlıqların ardınca götürülür. Və onlar beynəlxalq normalara zidd olaraq ABŞ maraqlarına ziyanlı hərəkətlərə vacib və layiqli cavabdır.

“Bu gün mən Rusiya hökumətinin ABŞ rəsmilərinə qarşı aqressiv davranışına və kiber əməliyyatlarına cavab olaraq bir sıra addımların atılmasına göstəriş vermişəm,” Prezident Barak Obama bəyan edib. “Bu ölçülər Rusiya hökumətinə dəfələrlə edilən xəbərdarlıqların ardınca götürülür. Və onlar beynəlxalq normalara zidd olaraq ABŞ maraqlarına ziyanlı hərəkətlərə vacib və layiqli cavabdır.”

Obama daministrasiyasının bu addımı onun prezidentlik dönəminin başa çatmasına üç həftə qalmış vaxtda atılır. Prezident Obama aydın edib ki, o, bu ölçülərin çox yaxın günlərdə həyata keçirilməsini istəyir.

Rusiyanın cavabı

Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Rusiya hakerlərinin seçkilərə təsir göstərmək məqsədilə Demokrat Partiyasının serverlərinə və Hillari Klintona yaxın adamların email hesablarına hücum etdikləri qənaətinə gəlib.
Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) Rusiya hakerlərinin seçkilərə təsir göstərmək məqsədilə Demokrat Partiyasının serverlərinə və Hillari Klintona yaxın adamların email hesablarına hücum etdikləri qənaətinə gəlib.

Bu arada Rusiya xarici işlər nazirliyi yeni sanksiyalar perspektivini qınayıb.

"Açıq desək, biz ABŞ hökumətinin yüksək eşelonlarından 'Rusiya hakerləri' barədə yalanlardan bezmişik," deyə nazirliyin sözçüsü Mariya Zaxarova bildirib.

“Obama administrasiyası bir il yarım bundan öncə favorit namizədinin şanslarını artırmaq üçün dezinformasiya kampaniyasına başlayıb. İstədiyi nəticəni əldə etmədikdən sonra öz iflasına bəhanə gətirməyə çalışır,” deyə Zaxarova bu addımı ABŞ-Rusiya münasibətlərinə ikiqat zərbə kimi dəyərləndirib.

Tramp komandasının reaksiyası

Soldakı çox sayda adamlar Trampın seçkilərdəki qələbəsinin legitimliyini sual altına almağa can atırlar.

Donald Trampın mətbuat katibi Sean Spicer Rusiyanın seçkilərə müdaxilə etməsinə dair sübut istəyib.

"Soldakı çox sayda adamlar Trampın seçkilərdəki qələbəsinin legitimliyini sual altına almağa can atırlar," o bildirib. "Əgər ABŞ hökumətinin əlində kiminsə seçkilərimizə müdaxilə etməsinə dair dəlil varsa, onu göstərmək lazımdır."

Nüfuzlu Respublikaçı Senator Lindsey Qraham isə Rusiyanın ABŞ seçkilərinə müdaxilə etməsi fikri ilə razılaşır və şəxsən Prezident Vladimir Putinə qarşı sərt addımlar atılmasına çağırır.

“Güman edirəm ki, Rusiyanı, və ələlxüsus Putini bərk vurmaq üçün ikipartiyalı sanksiyalara start veriləcək. Rusiyaya “bəsdir” deməyin vaxtı çatıb.”

XS
SM
MD
LG