Accessibility links

Barak Obama Selmada nitq söyləyib


ABŞ prezidenti Barak Obama vətəndaş hüquqları uğrunda tarixi iki nümayişin 50 illiyi münasibətilə Alabama ştatının Selma şəhərində nitq söyləyib. “Qanlı bazar günü” adı tanınan nümayişlər ABŞ-da Səsvermə hüququna dair qanuna düzəlişlər edilməsilə nəticələnmişdi.

Amerikanın ilk Afrika mənşəli prezidenti olan Barak Obama ölkədə irqi bərabərlik uğrunda mübarizənin hələ də tam başa çatmadığını etiraf etsə də, heç bir şeyə nail olunmadığı haqda fikri tamamilə rədd edib.

Hadisələrin 50-ci ildönümü ABŞ-da polisin Afrika mənşəli amerikalılarla rəftarı ilə əlaqədar irqi zəmində gərginliyin artması müşahidə olunur. Missuri ştatının Ferquson şəhərində ağ irqə mənsub polis zabitinin silahsız qaradərili yeniyetmə Maykl Braunu qətlə yetirməsi keçən il şəhərin küçələrində qarşıdurma ilə nəticələnmişdi.

Minlərlə insanın qarşısında nitq söyləyən prezident Obama deyib ki, Ədliyyə nazirliyinin açıqladığı hesabatda Ferquson şəhərində polisin qaradərili vətəndaşların hüquqlarını pozduğuna dair nəticənin çıxarılması ölkədə irqi bərabərlik məsələsində inkişafın olmaması kimi qəbul edilməməlidir.

Selmada hadisələrdən iki həftə sonra ABŞ-da vətəndaş hüquqları uğrunda mübarizə Martin Lüter Kinq Selmadan-Montqomeriyə adlı yürüş keçirdi. Nümayişlər 1965-ci ildə səsvermə prosesində irqi ayrı-seçkiliyin qadağan edilməsilə nəticələndi.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG