Accessibility links

Barak Obama: Qaçqın böhranı yalnız Avropanın problemi deyil


ABŞ prezidenti qaçqın böhranının yalnız Avropanın problemi olmadığını deyib.

Amerikanın hərbi qulluqçuları ilə görüşü zamanı Barak Obama bildirib ki, problem bu ayın sonunda BMT-nin Baş Assambleyasının sessiyasında əsas müzakirə mövzusu olmalıdır.

2001-ci il 11 sentyabr terror aksiyalarının ildönümündə sosial media və satellit vasitəsi ilə sualları cavablandıran ABŞ dövlət başçısı heç bir ölkənin təkbaşına bu böhranı həll etmək iqtidarında oldmadığını bildirib.

Problem BMT-nin Baş Assambleyasının sessiyasında əsas müzakirə mövzusu olmalıdır


O, NATO-nun dünyanın baş alyansı kimi böhranın həllində aparıcı rol oynamasının vacibliyini vurğulayıb.

ABŞ prezidenti əlavə edib ki, qaçqın problemi qaynağından həll edilməlidir.

“Sularda boğulmuş, işlərini itirmiş insanları gördükdə nə baş verdiyini, problemin kökünü araşdırmaq lazımdır. Qacqın axını Suriyanın dağılmış hökuməti, nüfuzu artan İslam Dövlətindən qaynaqlanır”-deyə president sözünə davam edib.

Obama qaçqın böhranının on illərlə sürə biləcəyini ehtimal edir. O, medianın qaçqınların daha yaxşı həyatla təmin edildiyini yaymasının yoxsul və müharəbələrdən sarsılan ölkələrin əhalisində ümid yaratdığını deyib.

“Ümidsiz insanlar qeyri-adi risklərə girməklə buna nail olmağa çalışacaq”-deyə Obama əlavə edib.

XS
SM
MD
LG