Accessibility links

Obama: Son 6 ildə nüvə təhlükəsizliyi sahəsində ciddi işlər görülüb


ABŞ prezidenti Barak Obama həftəlik müraciətində bildirib ki, indiyədək heç bir terror təşkilatı nüvə vasitələləri ələ keçirməkə və ya radioaktiv materiallardan istifadə ilə çirkli bombaların hazırlanmasına müvəffəq olmasa da, Əl-Qaidə qruplaşması buna cəhd göstərib.

Prezident müraciətini dünya liderlərinin toplaşdığı Nüvə Təhlükəsizliyi Sammitindən ünvanlayıb. Sammitdə dünyada qlobal təhlükəsizliyə ən böyük hədə hesab edilən kütləvi qırğın silahlarının terrorçu qrupların əlinə keçə bilmə ehtimallarının qarşısının alınması müzakirə olunur.

Obamanın sözlərinə görə, terror qruplaşmaların və başqalarının nüvə silahı ələ keçirməsi istiqamətində aparılan qlobal səylər başlanğıc mərhələsindədir.

Obama Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitini dünya liderlərinin son 6 ildə nüvə materiallarının mühafizəsində ciddi işlər gördüyünü deyərək bağlı elan edib.

ABŞ prezidentinin sözlərinə görə, 150 silahın hazırlanması üçün kifayət edəcək material terrorçulardan mühafizə edilib.

Ancaq o deyib ki, bəzi ölkələrdə nüvə arsenalı genişlənməkdədir və pliton həcmləri böyüyür.

Vaşinqtonda keçirilən iki günlük sammit Barak Obamanın ev sahibliyi etdiyi sonuncu Nüvə Təhlükəsizliyi Sammitidir.

XS
SM
MD
LG