ABŞ prezidenti Barak Obama Konqresə qarşıdan gələn baraym tətilindən öncə strateji silahların azaldılmasına dair yeni müqaviləni ratifikasiya etmək üçün təzyiq göstərir. Bu gün həftəlik müraciətində cənab Obama deyib ki, Rusiya ilə müqavilənin ratifikasiyası ölkənin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıyır və bunun siyasi xal qazanmaqla heç bir əlaqəsi yoxdur. Prezident Obama deyib ki, strateji silahlara dair müqavilə olmadan Birləşmiş Ştatlar Rusiyanın nüvə arsenalını təftiş edə bilməz. O bildirib ki, müqavilənin olmaması nüvə silahlarına gəldikdə, prezident Ronald Reyqanın “inan, lakin yoxla” çağırışının mənasını azladır. Cənab Obamanın sözlərinə görə, keçmiş prezidentlər Bil Klinton və Corc Buş, habelə respublikaçı prezidentlərin dövlət katibi olmuş bir neçə şəxs START müqaviləsinə dəstək bildiriblər. Prezident Obama Konqresin müqaviləni ratifikasiya edərək, keçən həftə iqtisadiyyat üçün böyük əhəmiyyəti olmuş paketi qəbul etdiyi kimi yekdillik nümayiş etdirəcəyinə inandığını deyib.