Accessibility links

Obama Suriyada atəşkəsə ehtiyatlı qiymət verib


ABŞ prezidenti Barak Obama Suriyada gözlənilən atəşkəsin ölkədə beş ildir davam edən vətəndaş müharibəsinə son qoyub-qoymayacağı ilə bağlı ehtiyatla qiymət verib.

“Biz bununla bağlı həddindən artıq gözləntilərdən ehtiyat etməliyik, çünki oradakı vəziyyət mürəkkəbdir” deyə Obama Ağ Evdə İordaniya Kralı II Abdulla ilə görüşündən sonra bildirib.

ABŞ prezidenti Barak Obama Ağ Evdə İordaniya kralı II Abdulla görüş zamanı
ABŞ prezidenti Barak Obama Ağ Evdə İordaniya kralı II Abdulla görüş zamanı

Daha sonra isə o deyib ki, “əgər gələcək həftələr ərzində zorakılıqların azaldığını müşahidə etsək, bu bizə daha uzunmüddətli atəşkəs yaratmağımız üçün əsas verəcək.” Cənab Obama Suriyada hakimiyyət üğrunda döyüşən tərəflərin vətəndaş müharibəsinə son qoymaq üçün lazım olan siyasi keçidi həyata keçirə biləcəklərini də dilə gətirib.

Obama bu həftənin əvvəli Rusiya prezidenti Vladimir Putinlə şənbə günü qüvvəyə minməsi nəzərdə tutulan atəşkəs haqda razılıq əldə edib. Razılığa əsasən İslam Dövləti qrupunun hədəfləri və Əl-Nusra Cəbhəsi tərəfində döyüşən qüvvələrə qarşı hücumların davam etməsinə icazə verilir.

“Biz bununla bağlı həddindən artıq gözləntilərdən ehtiyat etməliyik, çünki oradakı vəziyyət mürəkkəbdir”-prezident Obama

Bu arada, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, onun Suriyada terrorçu qrup kimi qəbul etdiyi kürd yarı-hərbi qüvvələri də İŞİD və Əl-Nusra Cəbhəsi kimi atəşkəs çərçivəsindən kənarda saxlanılmalıdır.

Ərdoğan beş ildir davam edən və 470 min insanın ölümünə səbəb olan vətəndaş müharibəsinə son qoymağa çağıran atəşkəs razılığını “prinsip etibarilə müsbət” bir addım kimi qiymətləndirsə də, İŞİD-a qarşı döyüşdüyü üçün Suriyanın kürd YPG yarı-hərbi qrupuna dəstəyin davam etdirlməsini “böyük yalan” adlandırıb.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan

YPG Türkiyənin əsas etibarilə kürdlərin yaşadığı cənub-şərqi bölgəsi üzərində nəzarət uğrunda artıq otuz ildir Ankaraya qarşı mübarizə aparan qadağan olunmuş PKK-nın bir qoludur. PKK Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG