Accessibility links

Prezident Obama: Suriya məsələsində beynəlxalq ictimaiyyətə etibardan söhbət gedir



ABŞ prezidenti Barak Obama deyib ki, Suriyada vətəndaşlara qarşı kimyəvi silahlardan istifadə edilməsinə cavab verilməsə, beynəlxalq ictimaiyyətə etibar məsələsi ortaya qoyulacaq.

Stokholmda İsveçin Baş naziri Frederik Reinfeltlə birgə mətbuat konfransında danışan cənab Obama bildirib ki, kimyəvi silahlardan istifadə məsələsində “qırmızı xətti” o deyil, kütləvi qırğın silahlarından istifadə əleyhinə beynəlxalq müqaviləyə imkza atmış dünya qüdrətləri müəyyən edib.

Cənab Obamanın bildirdiyinə görə, o və İsveçin baş naziri belə hücumların bir daha təkrar olmaması üçün beynəlxalq ictimaiyyətin Suriyada törədilmiş “vəhşilik” qarşısında susmamalı olduğu məsələsində eyni fikrə malikdir.

Prezident Obama Böyük 20-lərin Sank-Peterburqa zirvə görüşünə qatılmazdan öncə Stokholma bir günlük səfər edib. Suriya məsələsinin sammitin gündəliyində əsas məsələ olacağı gözlənilir.

Rusiya prezidenti Vladimir Putinin sammitdən öncə Suriya ilə bağlı şərhləri cənab Obama və Böyük 20-lərin liderləri ilə görüşlərindən öncə gərginlik yarada bilər.

Cənab Putin ABŞ Dövlət katibi Con Kerrinin Suriya müxalifət sıralarına daha çox Əl-Qaidə üzvlərinin keçmədiyini deməsini yalan adlandırıb. Rusiya həmçinin deyib ki, ABŞ Konqresi BMT-ni razılığı olmadan Birləşmiş Ştatların Suriyaya qarşı hərbi əməliyyatlarına razılığını versə, onun sözlərilə, “təcavüzü” sanksiyalaşdırmış olacaq.
XS
SM
MD
LG