Accessibility links

Tramp Obamanın Rusiyanın seçkilərə müdaxiləsinə nəyə görə mane olmadığını sual edib


ABŞ prezidenti "sabiq dövlət başçısı Barak Obama və onun administrasiyasının Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə niyə mane olmayıb?" deyə sual qaldırıb.

Donald Tramp Twitter hesabında belə yazır: "Yeri gəlmişkən, əgər Rusiya 2016-ci il seçkilərinə müdaxilə edibsə və bu, Obama dövründə baş verisə, buna niyə mane olunmayıb?"

Digər bir yazısında Tramp "Obama dövrünün daxili təhlükəsizlik naziri Ceh Consonun yüksək bir kəşfiyyat rəsmisi kimi onunla Rusiya arasında heç bir dəlil olmadan ifadə verməsinə ehtiyac varmı idi?" -deyə sual edib.

Ceh Consonun qanunvericilərə bildirdiyinə görə, Rusiyanın seçkilərə müdaxilə etdiyinə dair şübhələr yoxdur. Lakin o, Moskvanın seçkilərin nəticəsinə təsir etməyə qadır olduğuna dair heç bir dəlilin olmadığını bildirib.

Sabiq Daxili Təhlükəsizlk naziri Ceh Conson Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsində ifadə verib. O deyib ki, Rusiya hökumətinin 2016-cı ildə prezident Putinin göstərişi ilə kiberhücumlar həyata keçirdiyi aşkardır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG