Accessibility links

Obama və Tramp Kastronun ölümünə münasibət bildirib


A picture of the late Cuban revolutionary leader Fidel Castro is on display outside the Cuban embassy in Chile, in Santiago, November 26, 2016.
A picture of the late Cuban revolutionary leader Fidel Castro is on display outside the Cuban embassy in Chile, in Santiago, November 26, 2016.

Prezident Barak Obama Fİdel Kastronun ölümü ilə bağlı Kuba xalqına başsağlığı verərək bildirib ki, o, Kuba ilə əlaqələrin yaxşılaşdırılması istiqamətində səylərini davam etdirəcək.

"Bu gün Fidel Kastronun ailəsinə baş sağlığı veririk və dualarımız Kuba xalqı ilədir" - deyə Obamanın bəyanatında deyilir. "Kuba xalqı bilməlidir ki, ABŞ-da onların dostları və tərəfdaşları var".

ABŞ və Kubada Fidel Kastronun irsinə münasibətin birmənalı olmadığını anlayan Obama digər dünya liderləri nə Kastronu tənqid edib, nə də onu tərifləyib. Prezident Obama bildirib ki, Kastronun etdikləri tarixi mühakimə edəcək.

ABŞ-ın yeni prezidenti Donald Tramp da Fidel Kastronun ölümünə münasibət bildirib. O, səhər saatlarında Twitter hesabında "Fidel Kastro öldü!" yazıb.

Daha sonra isə onun Kastronu "qəddar diktator" adlandıran bəyanatı açıqlanıb.

"Fidel Kastronun irsi poliqon, oğurluq, dəhşətli əzab-əziyyət, aclıq və fundamental insan haqlarının rədd edilməsi ilə yadda qalıb" - deyə Tramp bildirib.

Tramp Fidel Kastronu sərt tənqid etsə də, o, Kastronun ölümü ilə kubalıların uzun sürət dəhşətlərdən xilas olacağına ümid etdiyini bildirib. "Mənim administrasiyam Kuba xalqının rifah halının yaxşılaşması və azadlığa qovuşmasını təminat altına almaq üçün çalışacaq" - deyə Donald Trampın bəyanatında bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG