Accessibility links

Obama vergi inversiyasına qarşı sərt ölçülər təklif edir


ABŞ prezidenti Barak Obama Amerika şirkətlərinin vergilərini azaltmaq üçün əməliyyatları Birləşmiş Ştatlarda davam etdirdikləri halda baş qərargahlarını xarici ölkələrə köçürməsi hallarının azaldılması məqsədilə yeni addım atıb.

Obama deyib ki, hamıya məlum olan vergi inversiyasının halının "ən çirkli vergi fırıldaqçılığı" olduğunu deyərək, Respublikaçıların nəzarətində olan Konqresi bu praktikaya birdəfəlik qadağa qoymağa çağırıb.

O deyib ki, vergi inversiyası qlobal problemlərdən biridir və bunun hüququ baxımdan leqal olması əsl problem yaradır: "Onlar sistemlə oynayırlar. Belə yayınmaların qiymətini orta təbəqədəki ailələr ödəyir. Bu pulları Birləşmiş Ştatlarda yolların, məktəblərin və digər dövlət proqramlarının yaxşılaşdırılmasına sərf etmək olar."

Prezident Obama bu açıqlamaları ABŞ-ın Maliyyə nazirliyinin beynəlxalq korporasiyalardan kreditlərlə məhduiyyətlərə də daxil olmaqla, 300 səhifədən ibarət yeni qaydaları açıqlamasından bir gün sonra verib.

Vergi inversiyası adətən ABŞ-da böyük şirkətin verginin az olduğu xarici ölkədə kiçik şirkət alması deməkdir. Noyabr ayında ABŞ-da yerləşən Pfizer dərman şirkəti və İrlandiyanın Allegran şirkəti arasında 160 milyard dollarlıq şirkət birləşməsi qeydə alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG