Accessibility links

Obama: ABŞ öz veteranlarına minnətdar olmalıdır



ABŞ prezidenti Barak Obama Birləşmiş Ştatlarda Veteranlar Günü münasibətilə çıxışında deyib ki, ölkə göstərdikləri xidmətə görə öz veteranlarına minnətdar olmalıdır.

Cənab Obama və birinci xanım Mişel Obama müharibə veteranları və onların ailə üzvləri üçün Ağ Evdə təşkil olunmuş səhər yeməyinə qatılıblar. Daha sonra ABŞ prezidenti və onun xanımı Vaşinqton ətrafında Arlinqton Fəxri Xiyabanında naməlum əsgərin məzarı önünə əklil qoyub.

Prezident Obama Veteranlar günü münasibətilə keçirilən tədbirdə çıxış edərək, Əfqanıstanda hərbi əməliyyatlardan qayıdan veteranlara dəstəyini ifadə edib.

ABŞ-da Veteranlar Günü hərbi münaqişələrdə iştirak edən amerikalıların xatirəsi anılır. Bu gün ölkə boyu paradlar keçirilir, müharibədə həlak olan veteranların məzarı önünə əklillər qoyulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG