Accessibility links

ABŞ prezidentinin Asiya səfəri başa çatır


ABŞ prezidenti Barak Obama Cənub-şərqi Asiya səfərinin son dayanacağı olan Kambodcada Çin və Yaponiya rəsmiləri ilə görüş keçirib.

Barak Obama böyük iqtisadiyyatlara malik olan bu iki ölkənin davamlı və balanslaşdırılmış iqtisadi artımn cavabdehliyini daşıdığını bildirib.

ABŞ prezidentini seçkilərdəki qələbəsi ilə təbtik edən Ven Tsiabao Çin-ABŞ əlaqələrinin yüksək qiymətləndirirək, bunun Asiya Sakit Okeanı hövzəsində sülh və sabitliyə xidmət etdiyini deyib.

Tərəflər görüş zamanı əməkdaşlığın genişləndirilməsi, iqtisadiyyat, regional sabitlik və İran məsələlərini müzakirə edib.

ABŞ dövlət başçısı Yaponiyanın baş naziri ilə görüşü zamanı aralarındakı müttəfiqlikdən danışıb, Tokio ilə Pekin arasındakı Şərqi Çin dənizindəki adalarla bağlı mübahisələri gündəmə gətirib

Prezident Çin və Yaponiyanın baş nazirləri Ven Tsiabao və Yoşihiko Noda ilə son dəfə bir il əvvəl Bali sammitində görüşmüşdü.
XS
SM
MD
LG