Accessibility links

Obama: Amerika 8 il əvvəllə müqayisədə daha güclüdür


ABŞ prezidenti Barak Obama Amerika xalqına 2016-cı ildə sonuncu həftəlik müraciətində təkcə ilin yekunları deyil, hakimiyyətdə iki dönəm prezidentliyi dövrü əldə edilən nailiyyətlərdən danışıb.

"Bu ilin səhifəsini çevirdiyimiz və gələcəyə baxdığımız bu gün sizə son səkkiz ildə Amerikanı daha güclü etmək üçün gördüyünüz bütün işlərə görə təşəkkür etmək istəyirəm"-deyə Obama bildirib.

ABŞ prezidenti 2009-cu ildə hakimiyyətə gəldiyi zaman iqtisadi tənəzzül, iş yerlərinin itirilməsi və İraq və Əfqanıstanda 180 mindən ibarət əsgəri qüvvənin olması kimi qarşılaşdığı əsas sınaqları xatırlayıb. Lakin o deyib ki, səkkiz il sonra "Amerika tamam başqa bir hekayə söyləyir".

Bu naliyyətlərdən heç biri göydən düşməyib. Bunlar bizim çətin seçimlər etməyimizin, sizin ağır əməyiniz və qətiyyətiniz hesabına baş verib
ABŞ prezidenti Barak Obama

Obama deyib ki, onun hakimiyyəti dövrü iqtisadiyyat bərpa olunub, milyonlarla yeni iş yeri açılıb, Əl-Qaidə terror şəbəkəsinin lideri Osama bin Laden ABŞ hərbi qüvvələri tərəfindən qətlə yetirilib və 165 min Amerika əsgəri Yaxın Şərqdə hərbi əməliyyatlardan sonra geri vətənə qayıdıb.

O bildirib ki, Amerika ailəsinin orta gəliri təkcə keçən il artaraq 2800 dollara çatıb. Ağ Evin bildirdiyinə görə, bu, əvvəllərlə müqayisədə qeyd edilmiş ən yüksək göstəricidir.

Başqa nailiyyətlər sırasında Obama onun qərarı ilə əlverişli tibbi sığorta planının qəbul edilməsini qeyd edib. Ağ Evin verdiyi məlumata əsasən, bu qanun 20 milyon amerikalının tibbi sığortaya görə özlərini maliyyə baxımından təhlükəsiz hiss edə bilməsini təmin edib.

"Bu naliyyətlərdən heç biri göydən düşməyib. Bunlar bizim çətin seçimlər etməyimizin, sizin ağır əməyiniz və qətiyyətiniz hesabına baş verib"-deyə Obama bildirib.

Prezident Obamanın hakimiyyət müddəti bir aydan bir qədər az vaxt bitir.
Həftəlik müraciətində Obama "daha vacib rol olan vətəndaşlıq vəzifələrinə keçidi" qeyd edib və eyni zamanda, öz ölkəsinə sədaqətini bildirib.

"Bilin ki, mən bu ölkənin onun əsasını qoyanların möhtəşəm vədlərinə hər zaman layiq olmağa çalışdığına nail olmaq üçün bu yolda sizinlə olacağam"-deyə Obama bildirib.

Prezident Obama öz müraciətini bu sözlərlə bitirib: "Bizim ailədən sizin ailələrinə uğurlu və mübarək 2017-ci arzulayıram."


Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG