Accessibility links

Obama 21 nəfəri Azadlıq medalı ilə təltif edib


Obama Amerikanın görkəmli şəxsiyyətlərinə Azadlıq medalını təqdim edib
please wait

No media source currently available

0:00 0:02:09 0:00

ABŞ prezidenti Barak Obama aktyorlar, musiqiçilər, idmançılar, alimlər və başqa peşə sahiblərindən ibarət bir qrup görkəmli şəxsi ölkə vətəndaşlarına verilən ən yüksək mükafat olan Azadlıq medalı ilə təltif edib.

Bu il ABŞ prezidentinin Azadlıq medalına 21 nəfər layiq görülüb. Medalların təqdimatı mərasimi Ağ Evdə keçirilib.

Obama müğənni Dayana Rossu Azadlıq medalı ilə təltif edir
Obama müğənni Dayana Rossu Azadlıq medalı ilə təltif edir

Prezident Obama deyib ki, Azadlıq medalı Amerikada hər bir nəfərin ölkəni daha yaxşı edə bilməsi ideyasını tərənnüm edir.

Bill və Melinda Geyts bizi sonsuz nikbinlikləri ilə dünyanı daha yaxşı edə biləcəyimizə inandırmaq üçün ruhladırmağa davam edir
Barak Obama

“Bu gün bizi ruhlandıran, birliyimizi möhkəmləndirən və bizi tərəqqi yoluna qoyan görkəmli amerikaılıları alqışlayırıq”-deyə Obama bildirib.

Obama aktyor Tom Henksi Azadlıq medalı ilə təltif edir
Obama aktyor Tom Henksi Azadlıq medalı ilə təltif edir

Medala layiq görülənlər arasında əyləncə, idman, incəsənət, elm və xeyriyyə sahələrini təmsil edən görkəmli səxsiyyətlər olub.

Bil və Melinda Geyts Azadlıq medalına layiq görülənlər arasındadır.

Geyts Fondu dünyada səhiyyənin inkişafı, eləcə də yoxsulluq və aclıqla mübarizəyə 36 milyard dollardan çox vəsait sərf edib.

Obama Bill və Melinda Geytsə Azadlıq medalını təqdim edir
Obama Bill və Melinda Geytsə Azadlıq medalını təqdim edir

“Bill və Melinda Geyts bizi sonsuz nikbinlikləri ilə dünyanı daha yaxşı edə biləcəyimizə inandırmaq üçün ruhladırmağa davam edir”-deyə Obama bildirib.

Azadlıq medalına layiq görülən daha bir görkəmli şəxs Kərim Əbdül Cabbar olub.

Obama Azadlıq medalının təqdim edildiyi əfsanəvi basketbolçu Kərim Əbdül Cabbarı təbrik edir
Obama Azadlıq medalının təqdim edildiyi əfsanəvi basketbolçu Kərim Əbdül Cabbarı təbrik edir

Əfsanəvi basketbolçu sosial ədalətsizliyə qarşı çıxışları ilə tanınır.

“Kərim fiziki, intellektual və mənəvi baxımdan unikal bir insandır. O bir amerikalı kimi bizim fundamental azadlıqlarımız və ən yüksək arzularımızı tərənnüm edir”-deyə prezident Obama bildirib.

Bu gün bizi ruhlandıran, birliyimizi möhkəmləndirən və bizi tərəqqi yoluna qoyan görkəmli amerikaılıları alqışlayırıq
Barak Obama

​Aktyorlar Tom Henks, Robert De Niro və Robert Redford da Prezidentin Azadlıq medalı ilə təltif olunublar.

Yüksək mükafata layiq görülənlər fəallar, alimlər və inəcənəst adamları arasında memar Maya Lin də olub.

O, Vaşinqtonda Vyetnam müharibəsi veteranlarının memorialının arxitektorudur.

“Vyetnam veteranları memorialı bizim təkcə abidələr haqda təsəvvürümüzü dəyişdirdi. Amma eyni zamanda bizim qurban vermək və vətənpərvərlik haqda fikirlərimizi və özümüzə münasibəti dəyişdirə bildi”-deyə prezident Obama bildirib.

ABŞ prezidenti Barak Obama Ağ Evdə Prezidentin Azadlıq medalının təqdimatı mərasimində
ABŞ prezidenti Barak Obama Ağ Evdə Prezidentin Azadlıq medalının təqdimatı mərasimində


Komediya ustası və aktrisa Ellen DeGeneres medal təqdim olunarkən göz yaşlarını gizlədə bilmədi. Mükafatı aldığı zaman diktorun sözləri eşidilirdi:”Onun hər bir rolu bizə bir-birimizə və başqaları ilə necə rəftar etməli olduğumuzu, eləcə də başqalarının bizimlə necə davranmalarını istədiyimizi xatırladır.”

Prezident Obama Azadlıq medalının təqdim edildiyi komediya ustası Ellen DeGeneresi təbrik edir
Prezident Obama Azadlıq medalının təqdim edildiyi komediya ustası Ellen DeGeneresi təbrik edir

DeGeneres 1997-ci ildə özünün və televiziyada yaratdığı obrazının lesbian olduğunu ilk dəfə etiraf etməsilə tarixə düşüb.

Prezident Obama deyib ki, medala layiq görülən hər bir şəxsin onun həyatına bu və ya digər şəkildə təsiri olub.

O eyni zamanda bildirib ki, bu görkəmli şəxsiyyətlər Amerikanı möhtəşəm edən müxtəlifliyi təmsil edir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG