Çərşənbə axşamı Filadelfiyada keçirilən Demokatlrın qurultayının üçüncü günüdə prezident Barak Obama Demokrat namizəd Hillari Klintonun prezident seçilməsi üçün güclü arqument gətirdi. Obama və digər yüksək vəzifəli Demokratlar Respublikaçı namizəd Donlad Trampı şiddətli şəkildə tənqid edib və qarşıdan onları intensiv və neqativ ümumi seçki gözlədiyinə işarə ediblər.
O, sadəcə şüarlar səsləndirir, qorxu yaradır. O inanır ki, əgər kifayət qədər insanı qorxuda bilsə, seçkidə qalib gəlmək üçün ehtiyacı olan səsləri toplaya bilər. Amma Donald Tramp bu bəhsi uduzacaq. Onun məğlubiyyətinə səbəb isə Amerika xalqını düzgün qiymətləndirməməsi olacaq.Barak Obama
Prezident Barak Obama yenidən Demokratların Milli Qurultayında çıxış edib.
Bu dəfə o, bir zamanlar siyasi rəqibi olan prezidentliyə namizəd Hillari Klintonun adından çıxış etməyə gəlib.
Amma bundan öncə o, Respublikaçı namizəd Donald Trampı tənqid edib.
“O, sadəcə şüarlar səsləndirir, qorxu yaradır. O inanır ki, əgər kifayət qədər insanı qorxuda bilsə, seçkidə qalib gəlmək üçün ehtiyacı olan səsləri toplaya bilər. Amma Donald Tramp bu bəhsi uduzacaq. Onun məğlubiyyətinə səbəb isə Amerika xalqını düzgün qiymətləndirməməsi olacaq,” Barak Obama deyib.
Klintona dəstək çıxışında Obama ölkəni bir araya gətirmək və prezident olmağa Klintondan daha hazır insanın olmadığını deyib.
“Bu il, bu seçkidə mən sizi mənə qoşularaq, laqeydliyi, qorxunu inkar edib Birləşmiş Ştatların növbəti prezidenti olaraq Hillari Klinotnu seçməyə və dünyaya bu ölkənin möhtəşəm olduğuna inamımızı itirmədiyimizi göstərməyə çağırıram,” deyə cənab Obama bildirib.
Bundan sonra deleqatlar bu anı təntənə ilə bayram etməyə başlayıb.
Bundan əlavə demokratlar vitse-prezident Co Baydeni həyəcanlı bir şəkildə qarşılayıblar. Bayden də Obama kimi çıxışına ilk Trampı tənqid etməklə başlayıb.
“O, öz maraqları naminə Amerikada ayrı-seçkilik və dünyada çaxnaşma yaratmaq istəyən insan, hədə-qorxunu güc ilə səhv salan adamdır. Biz amerikalılar olaraq buna yol verə bilmərik.”
Bizim ölkə insanları şirin dillə aldadan, boş vədlər verən, özünü təbliğ edən məhvedici insanın əllərinə buraxılmayacaq qədər möhtəşəmdir.Tim Kaine
Bundan öncə çərşənbə günü Demokratlar Virciniya senatoru Tim Keyni rəsmi olaraq Hillari Klintonun vitse-prezidentliyə namizədi kimi nominasiya edib.
Keyn də qarşıdan onları gözləyən sərt seçki kampaniyasına hazır olduğuna işarə edib.
“Bizim ölkə insanları şirin dillə aldadan, boş vədlər verən, özünü təbliğ edən məhvedici insanın əllərinə buraxılmayacaq qədər möhtəşəmdir.”
Trampa gəldikdə isə çərşənbə günü o da öz seçki kampaniyasında fəal olub və Klintona qarşı “əyri Klinton” adı ilə hücumlar səsləndirib.
Tramp həmçinin Rusiyanı Hillari Klintonun dövlət katibi olduğu dövründən itən emailləri tapmağa yardım etməyə çağırıb.
“Rusiya, ümid edirəm siz itən 30 min emaili taparsınız. Fikrimcə bunu təsniz bizim mətbuat tərəfindən mükafatlandırılacaqsınız.”
Trampın şərhləri sabiq müdafiə naziri Leon Panetta daxil olmaqla Demokratların qurultayında çıxış edənlərin qəzəbinə səbəb olub. Onlardan biri dövlət katibinin müavini Nikolas Burnsdir.
“Bu anit-amerikan bir çağırışdır. Bu, bizim maraqlarımız və dəyərlərimizə xəyanətdir və Trampın bunu deməsi düşüncəsizlikdir.”
Cümə axşamı Hillari Klinton partiyanın nominasiyasını qəbul edərək ABŞ tarixində böyük partiyadan nominasiya alan ilk qadın oldu.