Accessibility links

Yeni sağlamlıq planında Obamacare-in iki şərti qüvvədə saxlanılıb


Nümayəndələr Palatasının respublikaçı üzvləri prezident Donald Trampın kampaniyası zamanı Obamacare kimi tanınan sağlamlıq sığortasını ləğv etmək və əvəzləmək barədə verdiyi vədinə əməl etməsinə kömək məqsədi ilə ilk ciddi addım atıb.

Plan Obamacare-də iki ən populyar qaydanı qoruyub saxlayacaq. Bu qaydalar mövcud xəstəlik səbəbi ilə sığorta şirkətlərinin xəstələri qəbul etməməsinin qarşısını alır və gənclərə 26 yaşlarınadək valideyinlərinin sığorta planlarında qalmaq imkanı verir.

Yeni qaydalar sığortadan imtina edənlərə vergi cəriməsi tətbiq edilməsini ləğv edir. Qərar həm də vergi kreditləri ilə yoxsulların müvafiq sığorta ilə təmin edilməsinə kömək edən gəlir subsidiyalarını əvəzləyir.

“Yeni qərar federal hökumətin Medicaid proqramı, aşağı və orta gəlirli insanlara yardımını azaltmağı nəzərdən keçirir. Bu sahədə federal xərclərin azaldılması isə daha da çox insanın sığortasız olacağı deməkdir”- deyə Kaiser Ailəsi Fondunun analitiki Larri Levitt bildirib.

Tənqidçilər, əsasən də prezident Tramp Obamacare-in artan ödənişləri və bəzən mürəkkəb bürokratiyanı önə çəkərək, Obamacare-i səhv addım adlandırır və bunun kiçik bizneslərdə məsrəflərin çox olduğundan iş yerlərinin azalmasına səbəb olduğunu bildirib.

Yeni planın Obamacare-dən o qədər də fərqlənmədiyini düşünən bir çox respublikaçının yeni sağlamlıq planını dəstəkləməyəcəyi ehtimal edilir. Digər tərəfdən demokratlar yeni planın milyonlarla insanı sığortasız qoyacağını deyir.

XS
SM
MD
LG