Accessibility links

Senat Obamacare səhiyyə xidmətləri planının əvəz edilməsi üzrə səsverməni təxirə salıb


Dünən daha da çox respublikaçı demokratlara qoşulduqdan sonra ABŞ Senatının respublikaçı liderləri ölkənin səhiyyə sistemində dəyişiklik planı ilə bağlı səsverməni təxirə salıb təxirə salıb.

Konqresin Büdcə Ofisi bazar ertəsi Obamacare səhiyyə xidmətləri planın ləğv edilərək dəyişildiyi təqdirdə növbəti on ildə 22 milyon daha az amerikalının sağlamlıq sığortası əldə edəcəyini təxmin etdikdən sonra dəyişikliyin əlehdarlarının sayı artdı.

Senatda əksəriyyətin lideri Mitç Makkonnell daha çox dəstək toplaya bilməsi üçün düzəlişə dəyişiklik ediləcəyini bildirib.

Senatın 52 respublikaçı üzvünin hər biri prezident Donald Trampla görüşmək üçün Ağ Evə gedib. Tramp onları Obamacare-i ləğv etmə vədlərinə sadiq qalmalarına çağırıb.

Respublikaçıların dəstəklədiyi planda Obamacare-də əksər amerikalının sağlamlıq sığortası almalı olduğu, əks təqdirdə isə cərimə ödənilməsinə dair tələb ləğv edilir, aşağı gəlirli insanların sığorta əldə edə bilmələri üçün subsidiyalar aradan qaldırılır və hökumətin yoxsullar və əlillər üçün nəzərdə tutduğu Medicaid proqramında ixtisarlar tətbiq edilməsi təklif edilir.

Mötədil respublikaçılar Medicade proqramına edilən ixtisarların əleyhinə çıxır. Mühafizəkarlar isə yeni qanunun hazırkı sistemdə olan qaydaların çoxunu dəyişmədiyini bildirir.

Demokratlar isə hazırda Obamacare sistemini maliyyələşdirən və əks təqdirdə zəngin amerikalıların xeyrinə olacaq vergi ixtisarlarına dair təklif edilmiş ölçüləri tənqid edir.

Hər iki partiyadan olan senatorlar məsələ ilə bağlı çox sayda zənglər və email-lər qəbul etdiklərini bildirib. Ötən günlərdə Kapitoli binası qarşısında onlarla nümayişçi həbs edilib.

XS
SM
MD
LG