Accessibility links

Mitç Makkonell səhiyyə proqramının yeni versiyasını respublikaçılara təqdim edəcək


ABŞ Senatında respublikaçı lideri Mitç Makkonell bu gün səhiyyə proqramının yeni versiyasını respublikaçı həmkarlarına təqdim etməyi planlaşdırır.

Mitç Makkonal partiyası və prezident Donald Tramp üçün mühüm olan qanunvericilklərdən birinin həyata keçirilməsinə nail olmağa çalışır.

Çərşənbə günü Xristiyan Televiziya Şəbəkəsində Tramp səhiyyə ilə bağlı layihə qəbul olunmadığı təqdirdə nə edəcəyi ilə bağlı sualı cavablandırıb.

“Mən bundan çox hiddətlənəcəm. Bir çoxları bundan məyus olacaq. Onlara illərdir vədlər edilir” deyə prezident Tramp bildirib.

Tramp qanunvericiləri avqustda işlərinə fasilə verməzdən əvvəl layihəyənin qəbul edilməsinə dair səsverməyə çağırıb.

Respublikaçıların Obamacare kimi tanınan sağlamlıq proqramına dair əsas narazılıqları bu proqramın çox baha başa gəlməsi və ədalətsiz olaraq insanları sağlamlıq sığortası almağa məcbur etmələri, əks təqdirdə onları cərimə etmələridir.

May ayında nümayəndələr palatası cüzi səs çoxluğu ilə bu qanunun ləğvinə dair qərarı qəbul edib.

XS
SM
MD
LG