Accessibility links

Hər iki partiyadan senatorlar Obamacare-ə dair razılıq əldə edib


ABŞ-ın bir respublikaçı və bir demokrat senatoru ölkənin səhiyyə suğortası bazarını tənzimləmək və istifadəçilərin daha ucuz suğorta ala bilməsinə şərait yaratmaq üçün iki il müddətinə razılıq əldə edib.

Prezident Tramp razılığı dəstəklədiyini bildirib. Lakin mühafizəkarlar qarşısında çıxışı zamanı onun razılığa həvəzsiz olduğu müşahidə olunub. Buna razılığın aşağı gəlirli insanları ucuz sağlamlıq sığortası ilə təmin edə bilmək üçün sığorta şirkətlərinə subsidiyaları bərpa etməsi səbəb ola bilər.

“Baxmayaraq ki, mən senatorlar Aleksander və Murrayın işlərini alqışlayıram. Mən Konqresin sığorta şirkətlərinə yardım etmək əvəzinə Obamacare dolaşıqlığını aradan qaldırmaq üçün onların həll yolu tapmalı olduqlarına inanmaqda davam edirəm” deyə prezident bildirib.

Lakin Trampın razılığa dəstək verməsinə belə baxmayaraq, Konqresin Aleksander və Murrayın təklifini təsdiqləyib-təsdiqləməyəcəyi məlum deyil.

Tramp respublikaçıların Konqresdə keçmiş prezident Barak Obamanın qəbul etdiyi Obamacare adı ilə tanınan proqramını ləğv etmək və əvəzləməyə nail ola bilməmələrini açıq şəkildə tənqid etməkdə davam edir.

XS
SM
MD
LG