Accessibility links

Obamanın Suriya siyasəti tənqidlərlə üzləşir [Video]


Obamanın Suriya siyasəti tənqidlərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Rusiyanın həyata keçirdiyi hava hücumları ABŞ-ın Suriyadakı strategiyasının yenidən nəzərdən keçirilməsinə səbəb olmayıb

Obama admisnitrasiyasının rəsmiləri deyir ki, Rusiyanın həyata keçirdiyi hava hücumları ABŞ-ın Suriyadakı strategiyasının yenidən nəzərdən keçirilməsinə səbəb olmayıb. Amerikanın Səsinin Ağ Ev müxbiri Aru Pandenin Rusiyanın Suriyadakı hərbi müdaxiləsindən sonra ABŞ-ın alternativlərinə nəzər salır.

Prezident israrla bizim maraqlarımızı ABŞ-ın yenidən Yaxın Şərqdə quruda müharibəyə cəlb olunmayacağı bir şəkildə qorumağa çalışıb
Coş Ernest

Çərşənbə günü Rusiyanın Suriyanın Homs şəhəri yaxınlığında hədəfləri bombalamasından bir neçə saat sonra prezident Obamanın Suriyadakı siyasəti çox tez və güclü tənqidlərə üz-üzə qaldı.

“Bu administrasiya dostlarımızı qarışdırıb, düşmənlərimizi cəsarətləndirib, həddindən artıq ehtiyatla tədbirliliyi səhv salıb və tədbir görmək riskini hərəkətsizliyin təhlükələri ilə əvəz edib. Bu administrasiyanın Yaxın Şərqdəki siyasətinin çökməsinə artıq Vladimir Putin də daxildir."

Cümə axşamı Rusiya hava hücumlarını dayandırmağa dair heç bir niyyət göstərməyib. ABŞ rəsmiləri bu hücumların Suriyanın Amerikanın dəstəklədiyi mötədil müxalifətini hədəflədiyini deyir.

Ağ Evin mətbuat katibi Coş Ernest Rusiyanın Suriyaya hərbi müdaxiləsinin ABŞ-ın strategiyasının dəyişib-dəyişməyəcəyi barədə çoxsaylı sualları təkrar-təkrar cavablandırıb.

Barak Obama
Barak Obama

“Prezident israrla bizim maraqlarımızı ABŞ-ın yenidən Yaxın Şərqdə quruda müharibəyə cəlb olunmayacağı bir şəkildə qorumağa çalışıb.”

Ağ Evin sözçüsü quru qoşunlarını Yaxın Şərqə göndərməyin ABŞ-ın maraqlarına xidmət etmədiyini bir neçə dəfə qeyd edib və çıxışında diqqəti Rusiyaya yönəldib.

Ernest Moskvanın Suriya münaqişəsinə daxil olub həm region, həm də Rusiyada ekstremizmi artıraraq “yüksək qiymət” ödəyəcəyi barədə xəbərdarlıq edib.

“Rusiya üçün bu cür ağır nəticələr beynəlxalq ictimaiyyətin Rusiyaya göstərəcəyi hər hansı diplomatik reaksiyadan daha təhlükəlidir.”

Rusiya üçün bu cür ağır nəticələr beynəlxalq ictimaiyyətin Rusiyaya göstərəcəyi hər hansı diplomatik reaksiyadan daha təhlükəlidir
Coş Ernest

Atlantik Şuradan Cessika Aşuh Rusiyanın Suriyaya müdaxiləsinin Suriya münaqişəsinin dinamikasında köklü dəyişikliklərə səbəb olmayacağını bildirərək Moskvanın quru qoşunlar göndərməyə dair tərəddününü vurğulayıb.

“Onlar edə biləcəyi ən yaxşı şey Əsəd rejimini qorumaqdır. Qeyri-müəyyən müddət ərzində onlar bunu etməyə nail olacaqlar. Ancaq onlar artıq Suriyadadırlar və oradan çıxış yolu yoxdur. Yaxınlarda isə onlar ABŞ-ın üzləşdiyi tərəddüdlərlə üzləşəcəklər. Regiondakı digər ölkələrin üzləşdiyi sual isə “indi nə etməliyik”dir”.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG