Accessibility links

Obama hakimiyyətinin mühüm məqamları [Video]


Obama hakimiyyətinin mühüm məqamları
please wait

No media source currently available

0:00 0:04:08 0:00

Obama hakimiyyətinin mühüm məqamları

Prezident Barak Obamanın Amerika Birləşmiş Ştatlarının 44-cü prezidenti kimi hakimiyyət müddəti başa çatır. 47 yaşında ümid və dəyişiklik vədləri ilə Ağ Evə gələn Obama səkkiz ildən sonra hakimiyyətdən 59 faiz dəstəklə Amerikanın müasir tarixində ən yüksək reytinqlərə malik prezidentlərdən biri kimi gedir. Barak Obama prezidentlik müddətini eyni zamanda onun varis görmək istədiyi Hillari Klintonun respublikaçı Donald Trampa məğlub olmasından sonra başa vurur. Tramp öz növbəsində Obamanın əsas siyasi qərarlarının yenidən nəzərdən keçirilməsinə söz verib.

Birləşmiş Ştatların ilk Afrika mənşəli prezidenti seçilmiş Obamanın xanımı və iki qızı ilə birlikdə yaratdığı obraz amerikalıların Ağ Ev uğrunda mübarizədə kimin qələbə çala bilməsi haqda təsəvvürlərini dəyişdi.

Prezident Barak Obama: “Burada hələ də Amerikada hər şeyin mümkün olduğunu şübhə altına alan, millət atalarının arzularının hələ də yaşadığını sual edən, ya da bizim demokratiyamızın gücü ilə bağlı sual verən varsa, bu gecə bu suallara cavab verilir.”

Amerikalılar hətta onun siyasəti ilə tam razılaşmasalar da Obamaya bir valideyn kimi yüksək qiymət verirlər.

Prezidentlər tarixçisi Alan Lixtman:”O heç bir başqa prezidentin etmədiyi kimi ailə həyatı ilə ölkənin idarəçiyi arasında bir vəhdət yarada bildi və bu, asan iş deyil.”

Hakimiyyətdə olduğu ilk illər Obama əsas diqqəti prezident Buş dövrü ələ keçirilə bilməyən Əl-Qaidə lideri Osama bin Ladenin məsuiyyətə cəlb edilməsi məsələsinə yönəltmişdi. 2011-ci il mayın 2-də Obama Amerika xalqına müraciət etdi.

“Bu axşam mən Amerika xalqına və bütün dünyaya Birləşmiş Ştatların keçirdiyi əməliyyat zamanı Əl-Qaidə lideri və minlərlə kişi, qadın və uşağın ölümünə görə məsuliyyət daşıyan terrorçu Osama bin Ladenin qətlə yetirildiyi xəbərini verirəm.”

Lakin bu böyük qələbədən sonra Suriyada vətəndaş müharibəsi başladı. 2012-ci il avqustun 21-də Obama Suriya prezidenti Bəşar Əl-Əsədə xəbərdarlıqla çıxış etdi.

“Biz kimyəvi, ya da bioloji silahların yanlış adamların əlinə düşməsi kimi bir vəziyyətlə razılaşa bilmərik. Biz Əsəd rejiminə, eləcə də orada başqa oyunçulara aydın şəkildə bildirmişik ki, kimyəvi silahların bir yerdən başqa yerə daşınması, ya da istifafə edilməsini gördüyümüz zaman bu, bizim üçün qırmızı xəttdir.”

Bir il sonra müşahidəçilər Əsəd ordusunun mindən çox insanı sarin qazı ilə öldürdüyünü bildirdi. Lakin gözlənildiyinin əksi olaraq ABŞ güc tətbiq etmədi. Suriyalı təhlilçi Haid Haid suriyalıların ümidlərinin o zaman puç olduğunu deyir.

Haid Haid: ”Suriyada baş verənlər daha böyük bir mübarizədə bir döyüşə bənzəyir.”

Daxili siyasətdə prezident Obama irqi zəmində insidentlərdən sonra Amerikada irqlərarası münasibətlər məsələsinə toxundu. 2015-ci ilin iyun ayında afro-amerikalıların kilsədə bir qrup tərəfindən qətlə yetirilməsindən sonra prezident qurbanların ailə üzvlərinin caniləri bağışladığı zaman mərhəmət hissindən danışdı.

Prezident Barak Obama: “Əgər mərhəmət göstərsək, o zaman hər şey dəyişər. İlahi mərhəmət. İlahi bir mərhəmət”dedikdən sonra ilahiyyat nəğməsini oxumağa başladı.

Dünya səhnəsində Obama əvvəlki siyasəti kursu dəyişərək, Birma və Kuba ilə münasibətləri tarixi şəkildı bərpa etdi. Havanada danışan Obama kubalılara birbaşa müraciət etdi.

“Birləşmiş Ştatlar və Kuba bir-birinə oxşayıb uzun illər bir-birindən ayrı düşmüş iki qardaşa bənzəyir, bizim hətta qanımız eynidir.”

Prezident Vyetnamda gənclərlə təmas qurmaq imkanı əldə etdi. Onunla görüşə gələn gənc qızlardan biri Amerika liderini rep oxumağa dəvət etdi.

Obama deyib ki, prezident kimi vəzifə müddəti başa çatsa da, onun dünya miqyasında gəncləri liderliyə təşviq etmək üçün yaratdığı şəbəkə öz işinə yeni başlayır.

XS
SM
MD
LG