Accessibility links

Meksika prezidenti Trampla görüşəcək


Meksika prezidenti Andres Manuel Lopez Obrador gələn həftə ABŞ dövlət başçısı Donald Trampla görüşməlidir.

Meksikanın Xarici İşlər Nazirliyinin bəyanatında Obradorun Vaşinqtona iyulun 8-də səfər edəcəyi və görüşün detalları barədə daha sonra məlumat veriləcəyi deyilir.

2018-ci ilin dekabr ayında vəzifəyə gəlməsindən bəri bu, Obradorun ilk xarici səfəri olacaq.

O bu həftə deyib ki, Amerikaya səfəri zamanı həyata keçirilməsinə start verilmiş yeni ABŞ-Meksika-Kanada ticarət razılığını qeyd edəcək.

Lakin Lopez Obradorun Trampla görüşü ciddi tənqidlər altında planlaşdırılıb.

Trampın meksikalı mühacirləri narkotik qaçaqmalçıları və kriminallar adlandırması, habelə ABŞ-Meksika sərhədlərində tikləcək divar üçün Meksikadan pul tələb etməsi narazılıqlarla qarşılanır.

Trampın divarın inşası üçün ayırdığı maliyyəyə inşaat fondlarından 3.6 milyard dollar, Müdafiə Nazirliyi büdcəsindən 2.5 milyard dollar, Maliyyə Nazirliyinin büdcəsindən isə 600 milyon dollar daxildir.

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG