Accessibility links

Oğuz Türk: "Birləşmə və ittifaqlaşma özü-özlüyündə müsbət bir şey deyil"


Siyasi şərhçi Oğuz Türk Amerikanın Səsinə müsahibədə Güney təşkilatları arasında əməkdaşlıq və birgə fəaliyyət potensialını dəyərləndirib. Onun sözlərinə görə, birləşmə və ittifaqlaşma özü-özlüyündə müsbət bir şey deyil. "Yəni müsbət də ola bilər, mənfi də," o, əlavə edib.

please wait

No media source currently available

0:00 0:13:29 0:00

Oğuz Türk onsuz da siyasi istiqamət baxımından bir-birlərinə yaxın olan Güney təşkilatlarının birgə fəaliyyət yürüdə bildiyini ifadə edir.

İranda iki çeşit türk aydını görürük. İrançı türklər, yəni, onlar ki, İranın bütünlüyünü qəbul edirlər. Hər şəraitdə siyasi üfüqlərində bir İran görürlər. Bir də o türklər ki, Azərbaycanı bir vətən olaraq görürlər.

“Birləşmə, birlik və ittifaq sözləri özlüyündə müsbət şeylər deyil. Yəni müsbət də ola bilər, mənfi də ola bilər. İranda mərkəziyyətçi bir sistem var. Şah zamanı da, sözdə İslami dönəmdə də mərkəziyyətçi bir dövlət olub. Orada ‘birlik’, ‘söz birliyi’, ‘hamı bahəm’ və ‘ittifaq’ kimi sözlər daha çox müsbətlik qazanıb. Halbuki belə olması şərt deyil,” siyas fəal söyləyir.

Onun fikrincə, birləşmə və ittifaqlaşmanı mütləq şəkildə müsbət dəyərləndirmək bir növ totalitarlığın əlaməti də ola bilər:

“Məsələn, Məhəmməd Rza Pəhləvi partiyaların hamısını ləğv edib və sadəcə bir partiya, yəni Rəstaxiz Partiyasını yaratdı. İslam İnqilabından sonra da eyni şey oldu. Bütün partiyalar tətil, ‘hizb təkcə Hizbullah, rəhbər təkcə Ruhullah’ (Xomeyni) oldu. Yəni bu düşüncə ki, hər kəs mütləq birləşməlidir - bu özü bir növ totalitarizmin simvoludur.”

Oğuz Türk ittifaqlaşmanın ancaq eyni siyasi yöndə hərəkət edən qruplar arasında olduğu zaman müsbət olduğunu irəli sürür.

“Təbii ki, eyni yöndə düşüncə sahibi olan qurumlar və təşkilatlar daha da yaxınlaşıb, daha çox iş birliyi edə bilərlər. Yönləri eyni olmayan, eyni hədəfə doğru getməyənlər isə ola bilər ki, iş birliyi etməyələr. Hərəkət yönü eyni olanda təbii ki, istifadə edilən terminologiya və söyləmlər də yaxın olur və bərabər çalışmaq mümkündür,” siyasi şərhçi bəyan edir.

Məhəmməd Rza Pəhləvi partiyaların hamısını ləğv edib, bir partiya yaratdı. İslam İnqilabından sonra da dedilər, ‘hizb təkcə Hizbullah, rəhbər təkcə Ruhullah’. Yəni bu düşüncə ki, hərkəs mütləq birləşməlidir, bu özü, bir növ totalitarlığın simvoludur.

O, Güney təşkilatlarını “hərəkət yönü” etibarı ilə iki qrupa ayırır:

“Keçən 100 ildən bəri biz İranda iki çeşit türk aydını görürük. İrançı türklər yəni, onlar ki, İranın bütünlüyünü qəbul edirlər. Onlar ki, hər şəraitdə siyasi üfüqlərində bir İran görürlər. Bir də o türklər ki, Azərbaycanı bir vətən olaraq görürlər. Azərbaycanı içindəki hər dindən, hər cinsdən və hər düşücədən insanlarla bərabər bir məmləkət kimi görürlər.”

Torontoda yaşayan siyasi fəal hesab edir ki, milli hərəkata mənsub qüvvələr arasında artıq istiqamətlər kristallaşıb və onsuz da eyni istiqamətdə fəaliyyət yürüdən təşkilatlar bir-birləri ilə əməkdaşlıq edirlər.

“Demək ki, məsələ kristallaşıb və aydınlaşıb. Güney Azərbaycan Milli Hərəkatının içindəki təşkilatlar da eyni şeyi əks edirlər. İrançı türklər var və, Azərbaycançı, ya türkçü türklər. Bu aydınlaşdıqdan sonra o təşkilatlar ki, nizamnaməsində müstəqillik var və Güney Azərbaycanı bir vətən kimi görür, İranın içində dəyişiklik istəyənlərdən fərqlənirlər,” Oğuz Türk əlavə edir.

XS
SM
MD
LG