Accessibility links

Ohayo seçkilərinə fərqli reaksiyalar [Video]


Ohayo seçkilərinə fərqli reaksiyalar
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Növbədənkənar Konqres seçkilərdə Ohayo ştatından namizəd Troy Balderson rəqibini çox kiçik fərqlə üstələyir.

Balderson iqtisadi problemlərə fokuslanmış demokrat rəqibi Danni Konnor ilə əhalisinin əksər hissəsi Respublikaçı olan bölgədə ciddi rəqabətlə üzləşib.

Prezident Tramp Tvitter vasitəsilə Baldersona dəstəyini nümayiş etdirib və gələcək həftələrdə daha çox təşviqat aparacağınsa söz verib.

''Əgər demokratlar seçilsə onlar vergiləri artıracaq, hər yerdə cinayətlər çoxalacaq və sərhəd boyunca insanların axınına şərait yaradacaqlar. O zaman niyə bunu mavi dalğa adlandırırlar? Məncə bu məhz qırmızı dalğadır.'' - deyə, Tramp bildirib.

Təhlilçi Con Hudakın sözlərinə görə, demokrat Konnorun respublikaçıların sıx yaşadığı bir bölgədə belə güclü kampaniya aparması noyabrda Respublikaçılar üçün baş ağrısı yarada bilər.

"Görünən budur ki, 2016-cı ildən bəri keçirilən hər seçkidən sonra Respublikaçıların performansı zəifləyir və daha az səs alır. Bu da onların irəliləməsində çətinlik yaradır.'' - deyə, o əlavə edib.

Ohayo seçkiləri onu göstərir ki, insanlar noyabrda keçirələcək və Konqres nəzarətinin təhlükədə olduğu ara seçkilərində prezident Trampı seçkilərin ən vacib məsələsi kimi görür.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG