Accessibility links

Okean kəşfləri X Prize təşkilatı 7 miliyon dollarlıq konkursa başladıb


Okean kəşfləri X Prize təşkilatı 7 miliyon dollarlıq konkurs başladıb
please wait

No media source currently available

0:00 0:02:32 0:00

ABŞ-da yerləşən qeyri-hökumət təşkilatı X Prize Shell şirkəti ilə birlikdə okean kəşflərində istifadə olunan texnologiyaları inkişaf etdirmək məqsədilə 7 miliyon dollarlıq konkursa start veriblər. Yarış 4000 metr dərinliyə qədər uzanan okean səthində kəşflər və xəritəçilik üzrə beynəlxalq komandaları insansız sualtı qayıqlar inkişaf etdirməyi nəzərdə tutur.

Narrator-

X Prize dünya boyu komandaları və innovatorları okeanın dərinliklərini kəşf etmək məqsədilə yeni yexnologiyalar inkişaf etməyə səsləyir.

ABŞ Milli Okean və Atmosfer Administrasiyası su altında kimyəvi və bioloji siqnalları aşkar edəcək və onların qaynaqlarının izini tapacaq texnologiyanı inkişaf etdirən komandaya bir miliyon dollar pul mükafatı sözü verib.

Yarışın rəhbəri Cotikah Virmani deyir ki, okeanların 95 faizi hələ kəşf olunmayıb.

Cotikah Virmani: “Bizim Marsın səthi barədə əla xəritəmiz olduğu halda Yer Kürəsinin üçdə ikisini əhatə edən okeanların səthi ilə bağlı o qədər mükəmməl xəritəmiz yoxdur.”

Narrator-

Hazırki su altı apparatlar dənizlərin dibində kəşflər apara və xəritəliyə bilir. Lakin bundan istifadə çox bahadır. Bu cihazların gəmidən suya buraxılması və nəzarət üçün geniş komandaya ehtiyac var.

Cotikah Virmani: “Bu yarış gəmidən deyil, sahildən cihazların göndərilməsini tələb edir. Cihazların olduğu ərazidə insan müdaxiləsi olmamalıdır. Biz həmçinin komandalardan cihazların gəmiyə kabellə bağlanmamasını istəyirik. Beləliklə cihazlar tamamilə insan müdaxiləsi olmayan sualtı robotlar olmalıdır.”

Narrator-

Komandalar böyük texniki məhdudiyyətləri aşmalıdırlar.

Həm radio siqnallar həm də işıq su altında çox uzağa getmir. Hər 10 metr dərinlikdə təzyiq bir atmosfer artır.

Yeni texnologiyaları 2018-ci ildə iki mərhələdə sınaqdan keçirməyə başlayacaqlar. 2000 metr dərinlikdə komandalardan 100 kvadrat metrlik ərazinin 5 metr dəqiqliklə xəritəsinin çəkilməsi istənəcək. İkinci mərhələdə isə 4000 metr dərinlikdə 250 kvadrat kilometr ərazinin xəritələnməsi aparılacaq.

X Prize-in əvvəlki yarışmalarında olduğu kimi iştirak etmək istəyənlər öz xərclərini ödəməlidirlər.

XS
SM
MD
LG