Accessibility links

Oklahomada silahlı hücum olub


Walmart

Bazar ertəsi Oklahoma şəhərindən 130 km aralıda yerləşən Walmart mağazasının ərazisində silahlı hücum olub.

Polis hücumda 3 nəfərin öldürüldüyünü təsdiqləyib. Onlardan ikisi avtomobilin içində, üçüncüsü isə avtomobilinin yanında vurulub.

Polis hadisənin şahidlərini axtarır. Walmart təmsilcisinin məlumatına görə, silahlı hücumun mağazanın işçiləri ilə heç bir əlaqəsi yoxdur.

Avqust ayında Texasın El Paso şəhərində yerləşən Walmart mağazasında 22 nəfərin ölümü ilə nəticələnən kütləvi atışma olub. Hücumu törədən şəxs “meksikanları” hədəf aldığını etiraf edib.

Sentyabrın əvvəlində Walmart döyüş sursatı və silah satışını dayandıracağını açıqlayıb. Müştərilərdən ştat qanunlarına uyğun olsa belə, mağazaya silahla daxil olmamağı tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG