Accessibility links

Avropada qul tacirləri və müstəmləkə xadimlərinin heykəllərinin qaldırılması tələbi güclənib


Avropada qul tacirləri və müstəmləkə xadimlərinin heykəllərinin qaldırılması tələbi güclənib
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Son həftələr dünya boyu baş qaldıran 'Qaraların Həyatl Mühümdür' etirazları Avropada qul tacirləri və müstəmləkə xadimlərinin heykəllərinin qaldırılması tələbini gücləndirib. Oksford Universitetindəki Sesil Rodsun memorialı Britaniyada etirazların mərkəzinə çevrilib.

Britaniyanın ən nüfuzlu qurumlarından biri hazırda ölkənin müstəmləkə keçmişi ilə bağlı şiddətli mübahisələrin mərkəzindədir. Son günlərdə minlərlə insan Oksford Universitetinin Oriel Kollecinin qarşısındakı 19-cu əsrdə Britaniyanın mədən maqnatı və Afrikanın cənubunda siyasətçi olan Sesil Rods heykəlinin ətrafında etiraz aksiyası keçirir.

Bu etirazçı adını verməkdən imtina etdi. ”Afrika ölkələrindəki müstəmləkəni necə qeyd edə bilərsiniz? Afrika ölkələrinin məhv edilməsini necə qeyd edə bilərsiniz? Afrika ölkələrindən edilən oğurluqları necə qeyd edə bilərsiniz?”

Rodes De Birs almaz imperatorluğunu quraraq, Briytaniya İmperatorluğunun bir zamanlar müstəmləkəsində olan və hazırda Zimbabve ərazisində olan mədənə öz adını verib. Onun irqi ayrılıq siyasəti Aparteidin təməlini qoydu. Ndjodi Ndeunyema: “Gördüyümüz kimi, xüsusən Cənubi Afrikada, daha doğrusu Zimbabvedə və Zambiyada torpaqların ələ keçirilməsi ilə o, yararsız əmək sisteminin əsasını qoydu. Sonradan o, mal-dövlətini tələbələrə təqaüd məqsədi ilə Oksford Universitetinə vəsiyyət etməsindən asılı olmayaraq, bunlar qeyd edilməyə layiq şey deyil."

200 minə yaxın insan heykəlin götürülməsinə dair petisiya imzalayıb və kampaniyanı Oksford şəhər bələdiyyə məclisinin 26 üzvü şəhərin anti-irqçilik öhdəliklərinə zidd olduğunu deyərək, bu kampaniyanı dəstəkləyib.

Oriyel Kollecinin yaydığı bəyanatda 'Qaraların Həyatl Mühümdür'ə inanırıq və dinc etiraz hüququnu dəstəkləyirik' deyilib.

Cənubi Afrikadakı Keyptaun Universiteti Sesil Rodsun heykəlini 2016-cı ildə, aylarla davam edən nümayişlərdən sonra qaldırıb. 'Rods Götürülməlidir' kampaniyası o vaxt öz əksini Oksfordda tapsa da, Oriyel Kollecindəki heykəl öz yerində qaldı.

Keçən ay polis nəzarətində olan Corc Floydun ölümündən sonra ABŞ-da baş qaldıran ''Qaraların Həyatı Mühümdür'' etirazları, Avropada irqçilik, müstəmləkəçilik və köləlik mövzusunda qızğın mübahisələrə səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG