Accessibility links

İspaniyada ənənəvi San Fermin festivalı başlayıb [Fotoqalereya]


İspaniyanın Pamplona şəhərində ənənəvi San Fermin öküz qaçışı festivalına start verilib.

Bir həftə davam edəcək festivalın ilk günündə ciddi buynuz yarası alan olmayıb, hərçənd ki, beş nəfərə yüngül xəsarətə görə müayinə ediliblər.

Dünyanın bir çox yerlərindən minlərlə insan ənənəvi geyimlərini geyinərək, boyunlarına qırmızı şarf bağlayaraq öküzlərin qaçacaqları 850 metr uzunluğundakı küçədə sıraya düzülüblər. Onlar vahimə içində qaçan onlarla öküzlərin ayaqlarının altında qalmaqdan canlarını qurtarmağa çalışıblar.

San Fermin yay festivalında qaçıcılar İspaniyanın şimal şəhərinin dar küçələri ilə qaçır və xüsusi bəslənilmiş öküzlər tərəfindən təqib olunurlar. Pamplona şəhəri bu festivala görə məşhurdur və hər il minlərlə turist festivalı ziyarət edir.

Bir həftə davam edən festival Amerikalı yazıçı Ernest Heminqveyin “Günəş də doğacaq” əsərində əbədiləşdirilib.

Dünyaya Baxış

Dünyaya Baxış - 27 iyul 2021
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG