Accessibility links

Öldürülümüş İŞİD-çilərin dul qadınları cəmiyyətdə ikrahla qarşılanır


Qisas qorxusundan çox sayda İŞİD-çi ailələri Hac Əli düşərgəsinə gəlirlər.

25 yaşlı Hulanın uşağı yoxdur, ona görə də texniki baxımdan o öz kəndinə qayıda bilər. Belə ki, İŞİD militantlarının uşaqlarına həmin kənddə yer yoxdur. Amma militantın xanımı olaraq onun evə qayıdışı büün ailəni risk qarşısında qoya bilər.

“Mən evə getsəm, mənə hücum çəkərlər,” o izah edir.

“Mən bilirdim ki, onu öldürəcəklər, biz heç nəsiz qalacağıq.
Hoda, 23.

Odur ki, o, İraqın tozlu səhra düşərgəsində yaşamağa üstünlük verir.

Müharibənin bir aydan çox bitməsinə baxmayaraq buraya hələ də ailələr axışır.

Ötən illərdə İraqda öldürülümüş İŞİD militantlarının sayı on minlərlə ölçülür. Qonşuları və qohumları tərəfindən lənətlənmiş İŞİD-çilərin ailələri indi bu düşərgələrdə sığınacaq tapıb.

Öldürülmüş, yaxud əsir götürülmüş İŞİD militantlarının xanımları qara çadraya bürünmüş şəkildə gəzirlər. Hac Əli düşərgəsi. Şimali İraq, 27 dekabr, 2017.
Öldürülmüş, yaxud əsir götürülmüş İŞİD militantlarının xanımları qara çadraya bürünmüş şəkildə gəzirlər. Hac Əli düşərgəsi. Şimali İraq, 27 dekabr, 2017.

“Qisasdan yayınmaq üçün İŞİD üvlərinin ailələri buraya üz tutur,” Mosulda 60 kilometr cənubda yerləşən düşrgənin məlumat rəsmisi Ziyad Xələd Amerikanın Səsinə bildirir.

Rəsmilər hesab edirlər ki, öldürülümüş militantların ailə üzvlərini öz yurdlarına qayıtmağa məcbur etmək gərginlikləri artırar, qan-qadaya bais olar.

Bəlkə bəzi kişilər uşaqlı qadınlarla evlənir. Amma heç kəs İŞİD-çinin dul arvadı ilə evlənməz.
Hoda, 23.

Hula kimi dul qadınlar ərlərinin törətdiyi cinayətləri inkar etmirlər. Amma onların sözlərinə görə, yaşadıqları patriarxal cəmiyyətdə qadının kimə evlənməsi üzərində heç bir seçimi yoxdur.

"Mən ona dedim ki, ekstremistlərə qoşulma, amma o mənə qulaq asmadı,” üç uşaq anası olan 23 yaşlı Hoda deyir. “Mən bilirdim ki, onu öldürəcəklər, biz heç nəsiz qalacağıq.”

Heç bir iş qabiliyyətinə və ərə malik olmayan Hodanın düşərgədə yaşamaqdan başqa əlacı yoxdur.

“Bəlkə bəzi kişilər uşaqlı qadınlarla evlənir,” o deyir. “Amma heç kəs İŞİD-çinin dul arvadı ilə evlənməz.”

XS
SM
MD
LG