Accessibility links

Londondakı Olimpiya şəhərciyində Azərbaycan bayrağı qaldırılıb


Londonda Olimpiya kəndində Azərbaycan bayrağı qaldırlıb
Londonda Olimpiya kəndində Azərbaycan bayrağı qaldırlıb

Azərbaycanı London olimpiadasında 53 idmançı təmsil edəcək

London Olimpiya kəndi
London Olimpiya kəndi
Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya oyunları üzrə Azərbaycan nümayəndə heyətinin yaşadığı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb.
Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə, nümayəndə heyətinin rəhbəri İlham Mədətov və idmançılar iştirak edib.
Azərbaycanı London olimpiadasında 53 idmançı təmsil edəcək.
Olimpiya yığmasının 32 idmançıdan ibarət qrupu iyulun 24-də Londona yola düşüb. İdmançılar iyulun 27-dən avqustun 12-dək Britaniyanın paytaxtında olacaq.
Yığmanın ikinci qrupu avqustun 4-də Londona yola düşəcək. Olimpiya oyunlarında Azərbaycan idmançıları 16 idman növü üzrə yarışacaqlar (2008-ci il olimpiadasında Azərbaycandan 11 növ üzrə 44 atlet iştirak edib).
İlk dəfə olaraq Azərbaycan beş yeni idman növündə təmsil olunacaq - kanoe, akademik avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG