Accessibility links

Cənubi Amerikanın rütubətli meşələrində yeni heyvan aşkar edilib


Alimlər Cənubi Amerikanın rütubətli meşələrində yeni heyvan aşkar edib. Bu, son 30 ildə nadir tapıntılardandır.

Yırtıcı olinqitonun çəkisi bir kiloqrama yaxındır. Böyük gözləri, qızılı-qəhvəyi tükləri olan bu məməli pişik və oyuncaq ayını xatırladır.

Olinqito 100 il əvvəl mövcud olub. Lakin insanlar onu başqa bir heyvan-olinqo ilə səhv salırmış. Alimlərin heyvanların başının ölçüsü, dişləri üzərində apardıqları tədqiqatları olinqitonun tamamilə fərqli bir canlı olduğunu müəyyən edib.

Ekvadorlu zooloqun çəkdiyi video bu heyvanın mövcudluğunu sübut edir.
İnsanlar bu heyvanların yaşadığı And dağlarındakı ərazilərin 42 faizini məhv edib.

Yenilik ZooKeys jurnalında nəşr edilib.
XS
SM
MD
LG