Accessibility links

Müğənni Olivia Nyuton-Con döş xərçəngi ilə mübarizə aparır


Avstraliya müğənnisi Olivia Nyuton-Con ilk diaqnozundan 25 il sonra yenidən döş xərçənginin qayıtdığını açıqlayıb.

Nyuton-Conun meneceri bəyanatında bildirib ki, müğənninin bir neçə qastrol səfərini təxirə salmasına səbəb olan belindəki ağrılar xəstəliyin onurğa sümüyünə yayılmasının nəticəsidir.

68 yaşlı müğənni gələn ay ABŞ və Kanada boyu qastrol səfərinə çıxmalı idi.

Nyuton-Con 1970-ci ildən bəri daim pop, folk və country janrlarında ən dinlənilən mahnılar oxuyub. Amma o, 1978-ci ildə Con Travolta il bərabər çəkildiyi "Grease" musiqili komediya filmindəki rolu ilə dünya şöhrəti qazanıb.

Nyuton-Cona ilk dəfə 1992-ci ildə döş xərçəngi diaqnozu qoyulub. Bu xəstəlik Nyuton-Conun həyatına böyük təsir göstərib və o, bu xəstəlik növünün tədqiqatı və xəstəliyin əvvəlcədən aşkar edilməsinin müdafiəçisi olub.

Dörd dəfə Qremmi mükafatının qalibi olmuş Nyuton-Con Avstraliyanın Melburn şəhərində onun adının verildiyi xərçəng tədqiqatı mərkəzinin mütəxəssislərinin məsləhəti ilə qısa radiasiya və təbii terapiyalardan keçəcəyini bildirib.

XS
SM
MD
LG