Accessibility links

Fransa prezidenti Avrozona hökumətinin yaradılmasına çağırır


Franse prezidenti Fransua Olland Avrozona hökumətinin yaranmasına və Yunanıstan böhranı ilə zəifləyən Avropa layihəsinə vətəndaşların inamını yeniləməyə çağırıb.

İlk dəfə Avropa Komissiyası rəhbəri Jak Delorsun irəli sürdüyü bu fikri təkrar edən Ollabd təklif edib ki, avrozona hökumətinin spesifik büdcəsi və demokratik idarəni təmin etmək üçün parlamenti olsun.

Fransa prezidenti 19 üzv dövlətli Avrozonanın üzvləri öz maraqlarında olduğu və oradan çıxarılmanın məsuliyyətini heç kəsin götürmədiyi üçün maliyyə birliyinə qoşulublar.

"Bu seçim güclü təşkilatlanmağa və bu barədə qərar verəcək ölkələrin genişləndirilmiş mühafizəsinə çağırır" - deyə o bildirib.

Hazırda Avrozona üzvləri qeyri-rəsmi qurum olan Eurogroup-da birləşiblər. Hollandiya maliyyə naziri Jeroen Dijsselbloemin başçılıq etdiyi qurumda ölkələrin maliyyə nazirləri yer alır.

XS
SM
MD
LG